Modern.az

Namik Xıdırovun müşaviri vəzifəsindən AZAD EDİLDİ

Namik Xıdırovun müşaviri vəzifəsindən AZAD EDİLDİ

Aktual

1 Avqust 2026, 19:37

Dövlət Reklam Agentliyinin tabeliyində fəaliyyət göstərən "İNNOVA" İnnovativ Reklamçılıq Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktorunun müşaviri vəzifəsindən azad edilib.

Modern.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun müvafiq əmri ilə "İNNOVA" MMC-nin icraçı direktorunun müşaviri İnna Saleh qızı Abbasova vəzifəsindən azad olunub.

Dövlət Reklam Agentliyinin mətbuat xidmətindən bildirilib ki, bir müddət əvvəl "İNNOVA" MMC-də müşavir ştatı ləğv edildiyindən İnna Abbasovanın əmək müqaviləsinə xitam verilib.

Sizə yeni x var
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada