Modern.az

Naqif Həmzəyev seçiciləri ilə görüşüb - FOTO

Naqif Həmzəyev seçiciləri ilə görüşüb - FOTO

20 Sentyabr 2019, 16:02

Deputat Naqif Həmzəyevin YAP Gəncə şəhər təşkilatının binasında seçiciləri ilə növbəti görüşü olub. Mütəmadi olaraq seçicilərlə görüşən, onların problemlərini dinləyən millət vəkili bu dəfə də hər bir seçicini fərdi qaydada qəbul edib, ona unvanlanan müraciət və təklifləri təmkinlə, qayğı ilə dinləyib. 

 

Modern.az xəbər verir ki, sakinləri maraqlandıran suallar, narahat edən problemlər ətrafında müzakirələr aparıldıqdan sonra əksər məsələlər yerindəcə həllini tapıb. Millət vəkili Naqif Həmzəyev ona ünvanlanan hər bir müraciəti nəzarətdə saxlayacağını və məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.

 

Gənclərin məşğulluğu, sosial və tibbi yardımlarla bağlı müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılıb

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi