Modern.az

Bakıda qonşuların davasında 2 nəfər bıçaqlandı

Bakıda qonşuların davasında 2 nəfər bıçaqlandı

24 Sentyabr 2019, 00:33

Bakıda qonşular arasında dava olub.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.

Belə ki, hadisə zamanı 1985-ci il təvəllüdlü Bağırov Zəki Vaqif oğlu və 1980-ci il təvəllüdlü Muradov Ədalət Məhəbbət oğlu bıçaqlanıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onlara kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub və cərrahi əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?