Modern.az

Prezident üç yeni səfir TƏYİN ETDİ

Prezident üç yeni səfir TƏYİN ETDİ

27 Sentyabr 2019, 18:19

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Meksika, Yunanıstan və İndoneziyaya yeni səfirlərini təyin edib.  


Modern.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam da imzalayıb. 
Sərəncamda qeyd edilir ki, Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.


Ölkə başçısının digər sərəncamı ilə Anar Xeybər oğlu Hüseynov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır