Arxiv
3 Oktyabr 2019, 12:09 | MƏDƏNİYYƏT
Şəhid xanımı və Qarabağ veteranı: “Qarabağ əlilləri ən hörmətə layiq şəxslərdir, onlara əl qaldırmaq olmaz!”

Azərbaycan dövlətinin Qarabağ əlilləri, müharibə iştirakçılarına olan qayğısı daim hiss edilib. Ölkə Prezidentinin qeyd edilən kateqoriyadan olan vətəndaşlarımızla bağlı verdiyi fərman və sərəncamlar da bunun əyani sübutudur.

Təəssüf ki, bəzən hansısa qurumun Qarabağ qazilərinə, müharibə iştirakçılarına qarşı sərgilədiyi ögey münasibət cəmiyyətdə aqressiya doğurur.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid zabit Raquf Orucovun xanımı Sevinc Alıyeva Modern.az-a bildirib ki, Qarabağ əlilləri, şəhid ailələri cəmiyyətdə ən hörmətə layiq şəxslərdir:

 

“Hər bir kəs onlara hörmət etməyə, sayğı duymağa borcludur. Amma bir şəhid ailəsi olaraq mən bu sayğının birinci özüm özümə göstərməliyəm. O adı bizə qoyub gedənlərin ruhu xatirinə özümüzə hörmət etməyi bacarmalıyıq”.

S.Alıyeva deyib ki, Qarabağ əlilinə qarşı hansısa aqressiv münasibət göstərmək doğru deyil. O, müharibə insanlarının problemlərini münaqişəsiz həll etməyin tərəfdarı olduğunu vurğulayıb:

“Hər şeyi hüquqi müstəvidə həll etmək lazımdır, zopa ilə deyil. Hanısa məsələ ilə bağlı yanlışlıq  varsa, belə hallar məhkəmə iclaslarında həll olunmalıdır. Lakin Qarabağ qazisi, şəhid ailəsi də bu adı hər yerdə istifadə edə bilməz, buna haqqımız yoxdur. Ümumiyyətlə, bu addan sui-istifadə edənlər də var ki, düzgün deyil. Mən çox dərin təəssüf hissi keçirirəm”.

 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sədri Füzuli Rzaquliyev bildirib ki, Qarabağ əlili, veteranı millətin qürur yeridir:

 

“Heydər Əliyev də demişdi ki, Qarabağ qaziləri, veteranları, şəhid ailələri xalqımızın qızıl fondudur. Dövlət Qarabağ qazilərinə yaxşı şərait yaratmağa çalışır, sosial müdafiə ilə bağlı görülən işlər göz qabağındadır. Lakin təəssüf ki, bəzi məmurlar Qarabağ əlillərinə ögey münasibət bəsləyirlər. Amma təbii ki, sonda haqq öz yerini tapır. Biz veteranlar olaraq daim Prezidentimizin yanındayıq, müharibəyə hazırıq”.

F.Rzaquliyev deyib ki, hansısa yanlışlığa yol verən şəxs Qarabağ qazisi deyil, lap sıravi əlil də olsa, səhv edibsə, kimsə ona əl qaldırmamalı, dövlətin qanunları əsasında davranmalıdır, Kimsə səhv edəndə məsələni zorbalıqla deyil, məhkəmə yolu ilə həll etməlidir”.

 

Füzuli Rzaquliyev bildirib ki, zorakılığa yol verən istənilən şəxs hansı tərəfdən olursa olsun, cəzalandırılmalıdır.
“Heç bir addan sui-istifadə etmək də olmaz. Biz həmişə müharibəyə hazır olmalıyıq. Bizə kənardan düşmən baxır, özümüz öz aramızda ixtilaflar yaratmamalıyıq”.

Veteran döyüşçü müharibə insanına əl qaldıranları erməni dəyirmanına su tökənlər adlandırıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs SAXLANILDI 20 Yanvar 2020, 13:38 "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" 20 Yanvar 2020, 13:22 İsmayıllıda ağır qəza - 1 ölü, 7 yaralı 20 Yanvar 2020, 13:14 İran Davos İqtisadi Forumunda iştirakdan imtina etdi 20 Yanvar 2020, 13:05 Prezidentin köməkçisindən Qorbaçovla bağlı ÇAĞIRIŞ 20 Yanvar 2020, 12:57 Sabah hava necə olacaq? 20 Yanvar 2020, 12:48 20 Yanvar faciəsində harada idiniz: Elçin Şıxlı, Rəşad Məcid, Elşad Eyvazlı… 20 Yanvar 2020, 12:39 “Bu faciənin qılıncı özümüzünkilər tərəfindən hazırlanmışdı” - Cavanşir Paşazadə 20 Yanvar 2020, 12:17 Tanınmış jurnalist vəfat edib 20 Yanvar 2020, 12:09 Azərbaycanda 1 dəqiqəlik sükut 20 Yanvar 2020, 12:01 Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib-FOTO 20 Yanvar 2020, 11:53 Fəzail Ağamalı şəhid ailələri və kənd ağsaqqalları ilə görüşdü - FOTO 20 Yanvar 2020, 11:45 Jalə Əliyeva seçicilərlə görüşüb - FOTO 20 Yanvar 2020, 11:36 “Ağla, qərənfil, ağla” – şerin müəllifi, mərhum Məmməd Aslanın qızı danışdı 20 Yanvar 2020, 11:27 Şəhidlər xiyabanı  BU GÜN 20 Yanvar 2020, 11:18 Azərbaycanın əsas xarici ticarət tərəfdaşları 20 Yanvar 2020, 11:09 Tariximizin QANLI və ŞANLI səhifəsi: 20 Yanvar necə anılmalı... 20 Yanvar 2020, 11:00 Lənkəranda 20 Yanvar faciəsi qurbanları yad edilib - FOTO 20 Yanvar 2020, 10:55 Əhəd Abıyev 20 Yanvar faciəsi ilə bağlı görüb bildiklərini danışdı - VİDEO 20 Yanvar 2020, 10:50 “İnsanlar baş verən dəyişikliklərə biganə yanaşmırlar” - Məzahir Pənahov 20 Yanvar 2020, 10:43 Siyavuş Novruzov: “Biz insanlarla birbaşa yaşadığı ünvanlarda görüşməyə üstünlük veririk” 20 Yanvar 2020, 10:35 Bərdə seçiciləri Zahid Orucu belə qucaqladılar - FOTOLAR   20 Yanvar 2020, 10:30 Məcburi köçkünlərin yaşadığı binada YANĞIN 20 Yanvar 2020, 10:23 Bakı metrosunda 1 dəqiqəlik sükut olacaq 20 Yanvar 2020, 10:16 Parlament seçkilərində “exit-poll” keçirmək istəyənlər üçün SON GÜN   20 Yanvar 2020, 10:08 İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi - VİDEO 20 Yanvar 2020, 10:00 Rəşad Camalov seçicilərlə ilk görüşünü keçirib - FOTO 20 Yanvar 2020, 09:54 Şuşa TV-nin keçmiş əməkdaşı: “20 Yanvarda AzTV partladılmışdı, ermənilər də bizim televiziyanın işinə əngəl törədirdilər”   20 Yanvar 2020, 09:47 Ceyhun Məmmədov məcburi köçkünlərlə görüşüb - FOTO 20 Yanvar 2020, 09:38 20 Yanvardan sonra qaboy yas müsiqi alətinə çevrildi – Kamil Cəlilov: “Şəhidlərin ah-naləsinə qaboyum ağlayırdı” 20 Yanvar 2020, 09:29 Cəbhədə gərginlik artıb - Düşmən pulemyotları işə saldı 20 Yanvar 2020, 09:20 Bakıda QƏZA: Xəsarət alan var 20 Yanvar 2020, 09:10 Quba sakininin evindən qanunsuz ov tüfəngi götürülüb 20 Yanvar 2020, 09:02 Ağcabədidə təhlükəli tapıntı - FOTO 20 Yanvar 2020, 08:53 ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub 20 Yanvar 2020, 08:40
SORĞU Yeni parlamentdə kimlər olsun?