Modern.az

Novruz Məmmədov DANIŞDI: “Hər şey artıq deyilib”

Novruz Məmmədov DANIŞDI: “Hər şey artıq deyilib”

8 Oktyabr 2019, 17:11

“Hazırda heç bir mətbuat orqanına müsahibə vermək fikrində deyiləm. Hər şey artıq deyilib”.

Bunu Modern.az-a qısa açıqlamasında sabiq Baş Nazir Novruz Məmmədov istefaya göndərilməsi məsələsinə münasibət bildirərkən deyib.


O, qeyd  edib ki, əlavə nəsə danışması doğru deyil:


“Bu gün Milli Məclisdə  Baş Nazir məsələsi  ətrafında daha ətraflı danışıldı. Milli Məclis üzvləri  fikirlərini bildirdilər. Mənim əlavə nəsə danışmağım doğru olmaz”.


Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının yeni Baş Nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Digər sərəncamla Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi