Arxiv
12 Oktyabr 2019, 16:47 | HADİSƏ
 “Azərbaycanda kişilərə qarşı şiddət artıb, qadınlara qarşı yox” – Ekspertlərdən həyacan təbili

Son zamanlar cəmiyyətdə qadınlara qarşı şiddətin artması ilə bağlı sosial şəbəkələrədə əks təbliğat aparılır. “Şiddətə son” şüarı ilə xüsusilə gənc xanımlar kişilərə qarşı çıxır, bütün mübahisəli məqamlarda əks cinsin yanlış olduğunu nəzərə çatdırırlar. Bu da öz növbəsində aiələrdə problemlərin yaranmasına, qadınların belə hadisələrdən təsirlənərək mübahisə yaratmasına və aqressiv davranışa gətirib çıxarır. Ekspertlər qeyd edir ki, ümumiyyətlə şiddət məsələlərinin sosial şəbəkədə paylaşılması, qadınların daha çox haqlı olduqları barədə təbliğat aiələrdə gərgin vəziyyət yaradır.

Maraqlıdır, doğurdan da qadınlara qarşı şiddət daha çoxdur , ya biz ancaq qadına şiddəti qabardırıq ? Ümumiyyətlə tərəflərdən birinin mövqeyini üstün tutaraq kütləvi şəkildə təbliğat aparmaq nə dərəcədə düzgündür, bunun ailələrə təsiri necədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Hadı Rəcəbli deyir ki, vaxtilə parlamentdə “Məişət zorakılığı haqqında qanun” barədə müzakirələr aparanda çox gərgin vəziyyət yarandı:

 

“Deputatların çoxu dedi ki, “Necə yəni uşağa, qadına səs qaldırmaq olmaz ?” Əgər cəmiyyətdə indi belə qanun qəbul olunubsa müzakirələr aparılmalıdır, yekun nəticə əldə edilməlidir. Cəmiyyətin özəyi ailə, ailənin təməli isə qadındır. Mən həmişə gənclərə arzu edəndə deyirəm ki, bir-birlərinə qarşı qarşılıqlı güzəşt etməyi bacarsınlar. Əgər ortada ailə adlı məfhum, övladlar varsa mütləq şəkildə ər-arvad bir-birini yola verməlidir. Düzdür ailə söz-söhbətsiz olmur, lakin istənilən halda bütün məsələləri tənzimləmək, yoluna qoymaq lazımdır. Deyirlər qadın zəif məxluqdur, lakin bu belə deyil qadınlar çox güclüdürlər. Bütün hallarda kişilər qadınlara qayğı göstərməli, imkan daxilində kişilər daha çox güzəştə getməlidir”.

 

Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, Azərbaycanda kişilərə qarşı şiddət daha güclüdür, nəinki qadınlara:

 

“Ortada çox böyük sosial bəla var, lakin insanlar başa düşmür. Bu gün Azərbaycanda qadına şiddət yoxdur, bu gün Azərbaycanda ailə faciəsi var. Sadəcə qadına şiddət bu məsələnin görünən tərəfidir. Hazırda bizdə ailələrdə vəziyyət çox pisdir. 100 evlənəndən 27-i boşanırsa düşünün ki, bunun neçəsi evdə mübahisə edir. 80 faizədək ailələrimizdə arzuolunmaz münasibət hökm sürür. Bu həmin ailənin yox, bütövlükdə xalqın faciəsidir. Çünki o cür ortamda böyüyən uşağın da psixologiyası düzgün formalaşmır. İndi psixolji mərkəzlərin çoxuna getsəniz görəcəksiniz ki, ora gələnlərin əksəriyyəti azyaşlılardır. Buna görə biz “SOS” siqnalı çalmalıyıq, deməli deyilik ki, qadına qarşı şiddət var. Biz mənəvi dəyərləri qoruyub düzgün ailə modelinin formalaşmasına səbəb olmalıyıq. İndi bəzi feministlər, qurumlar hay salıb ki, qadına qarşı şiddət artıb. Kişilərə qarşı şiddət artıb, qadınlara qarşı yox. Qadın bütün günü psixoloji olaraq dili ilə kişiyə təsir edir. Kişinin də güclü olduğu tərəf fiziki tərəfidir, o da fiziki güclə ona təsir edir. Buna görə də söhbət ailədən getməlidir, fərddən yox. Şiddətin olduğunu iddia etməklə qadınlar dünyada  Azərbaycan kişisi barədə mənfi obraz yaradırlar. Bu məslənin həlli yolu var. Təklif edirəm ki, sahələr üzrə sosial iş xidməti yaradılsın. Həmin xidmət də hər ailəni diqqət mərkəzində saxlasın ki, hansı ailədə riskli, gərgin vəziyyət var. Buxidmət lazım gəldikdə maarifləndirmə işi də aparmalıdır. Bu kimi müəyyən tədbirlərin görülməsi ilə problemi həll etmək, mənəvi dəyərləri formalaşdırmaq mümkündür”.

 

Məsələnin psixolji məqamlarından danışan klinik psixoloq Nuriyyə Quliyeva deyir ki, son dövrlərdə xoşagəlməz hallar ailələrdə münaqişələrə səbəb olmaqla bərabər, cütlüklərdə stress və gərginlik yaradır:

 

“Qadınlar daha çox qadın qurbanların tərəfindən çıxış edərək vəziyyəti daha çox emosional qiymətləndirirlər. Kişilər daha çox öz həmcinslərinin tərəfini tutub, törədilən hadisəyə səbəb də gətirirlər. Bu da öz növbəsində tərəflər arasında mübahisələrin yaranmasına gətirir. Qadına qarşı törədilən şiddət halları xəbər halında yayıldıqdan sonra qadınlar evdə öz haqlarını daha çox tələb etməyə başlayır, belə olan halda da onların həyat yoldaşları ilə münasibətləri korlanır. Xüsusilə təhsil almayan qadınlar, evdar xanımlar təhsil almaq, işləmək istəyirlər ki, bu da həyat yoldaşları tərəfindən birmənalı qarşılanmır. Lakin onu da deyim ki, bu cür xəbərlərin yayılması hər ailədə mübahisə yaratmır. Bəzi ailələr bundan dərs çıxarıb daha çox möhəmlənir. Mübahisəli ailələr adətən bu tip hadisələrdən təsirlənərək problem yaşayırlar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhid övladının ad gününə gözlənilməz hədiyyə - VİDEO 12 Noyabr 2019, 00:46 Bakıda 15 yaşlı yeniyetmə itkin düşdü 12 Noyabr 2019, 00:30 Rusiyanın Patriarxı Bakıya gəlir 12 Noyabr 2019, 00:16 Müstəqil Azərbaycanın 24 yaşlı Konstitusiyası 12 Noyabr 2019, 00:01 SOCAR yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı 11 Noyabr 2019, 23:47 FHN əməkdaşları quyuya düşən inəyi belə xilas etdi - FOTO 11 Noyabr 2019, 23:26 Salyanda qoçun vurduğu 63 yaşlı qadın xəstəxanalıq oldu 11 Noyabr 2019, 23:08 Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı 11 Noyabr 2019, 22:46 Qənirə Paşayeva Şimali Makedoniyada Qarabadan danışdı 11 Noyabr 2019, 22:27 250 kiloqramlıq bomba: 13 min insan təxliyə edildi 11 Noyabr 2019, 22:11 Bakıda avtomobil gənc qadını vurdu 11 Noyabr 2019, 21:47 ABŞ hərbçilərinin Suriyada müəmmalı yer dəyişimi - VİDEO 11 Noyabr 2019, 21:34 Putin Merkellə Ukrayna üzərindən qaz nəqlini müzakirə etdi 11 Noyabr 2019, 21:17 Fransada güclü zəlzələ oldu: xəsarət alanlar var 11 Noyabr 2019, 20:58 Prezident və birinci xanım ağacəkmə aksiyasında - FOTOLAR, YENİLƏNİB 11 Noyabr 2019, 20:43 Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı 11 Noyabr 2019, 20:30 Türkiyə əsir götürdüyü İŞİD yaraqlılarını deportasiya edir 11 Noyabr 2019, 20:16 “Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir” - Oleq Kuznetsov 11 Noyabr 2019, 20:02 Goranboyda avtomobil traktorla toqquşub, xəsarət alan var 11 Noyabr 2019, 18:43 Diaspor təşkilatından Bayraq gününə həsr olunmuş VİDEOÇARX 11 Noyabr 2019, 18:00 Azərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİ 11 Noyabr 2019, 17:59 Sabirabadda qoyun oğruları tutuldu 11 Noyabr 2019, 17:54 Ankara məktəbliləri Azərbaycan bayrağı hazırladılar - FOTOLAR 11 Noyabr 2019, 17:32 Bakıda 4 otaqlı ev yanıb külə döndü  11 Noyabr 2019, 17:31 Yaponların batırdığı ABŞ sualtı qayığı 75 ildən sonra tapıldı 11 Noyabr 2019, 17:25 MSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldı 11 Noyabr 2019, 17:13 Bərdədə iki avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO 11 Noyabr 2019, 16:57 “Azəriqaz” rəhbəri narazı sahibkarlarla görüşə getdi - FOTOLAR 11 Noyabr 2019, 16:39 Sabirabadda maskalı şəxslər qadınlara hücum etdi 11 Noyabr 2019, 16:24 Rusiya baş nazirinin oğlu erməni qızla evlənir - FOTO 11 Noyabr 2019, 16:05 Orta məktəblərdə 5 gün dərs olmayacaq  11 Noyabr 2019, 15:18 Lavrov ermənilərin xeyrinə DANIŞDI 11 Noyabr 2019, 15:11 Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA 11 Noyabr 2019, 15:03 Ordumuz yeni növ silahlarla təlimə başlayır 11 Noyabr 2019, 14:47 Bakıda evdən külli miqdarda pul və qızıl-zinət oğurlandı 11 Noyabr 2019, 14:37