Modern.az

İşdən qanunsuz çıxarılan 82 nəfər əvvəlki işlərinə bərpa edilib

İşdən qanunsuz çıxarılan 82 nəfər əvvəlki işlərinə bərpa edilib

15 Oktyabr 2019, 10:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 82 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

 

Modern.az xəbər verir ki Görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa ediliblər. 

 

Vətəndaş müraciətləri ilə əlaqədar Xidmətin yanvar-sentyabr aylarında apardığı araşdırmalar zamanı, həmçinin işəgötürənlər tərəfindən 108 513 manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib. 

 

Görülən tədbirlər nəticəsində 93 faizi əməkhaqlarından, qalan hissəsi isə kompensasiyalardan, zərərə görə ödənclərdən və s. ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır