Modern.az

Əhalinin gəlirləri 6.7 faiz artıb

Əhalinin gəlirləri 6.7 faiz artıb

Aktual

17 Oktyabr 2019, 20:16

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 42 202,7 milyon manat təşkil edib.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur.

Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,8% artaraq 4 266,2 manata çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı