Modern.az

Bakı polisindən mitinq iştirakçılarına son XƏBƏRDARLIQ - VİDEO

Bakı polisindən mitinq iştirakçılarına son XƏBƏRDARLIQ - VİDEO

Aktual

18 Oktyabr 2019, 18:55

“Bakı Şəhrə İcra Hakimiyyətinin razılığına əsasən, Qaradağ rayon ərazisində mitinqin keçiriləməsi üçün münasib yer ayrılıb, bunun əsasında mitinq təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, şəhər prokurorluğu ilə birgə qanunun müvafiq tələbləri onlara izah olunub və xəbərdarlıq edilib”.

 

Modern.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı bildirib.

 

O qeyd edib ki, Bakı Metropoliteninin mühafizə zonasına daxil olan ərazilərdə heç bir toplantının keçirilməsinə icazə verilmir: “Bu, qanunla qadağandır. Həmin gün polis digər hüquq-mühafizə orqanları əməkdaşları ilə birgə çox qətiyyətli tədbir görəcək. Həmişə olduğu kimi, şəhərin ərazisində heç bir qanunsuz aksiyanın keçirilməsinə imkan verilməyəcək. Bir daha xəbərdarlıq edirik ki, belə olan halda bu məsuliyyət təşkilatçıların üzərində qalacaq. Həmin şəxslərə qarşı qanunun icazə verdiyi ən sərt tədbirlər görüləcək. Mitinq təşkilatçılarının çağırışlarına inananlara üzümü tutub deyirəm ki, onlara aldanmasınlar”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi