Modern.az

Soçidə qazaxlarla ermənilər arasında dava - VİDEO

Soçidə qazaxlarla ermənilər arasında dava - VİDEO

21 Oktyabr 2019, 23:15

Oktyabrın 20-də Soçidə keçirilən “Gorilla Fighting Championship 19” turnirində Qazaxıstandan olan MMA döyüşçüsü Casulan Akimcan Rusiya və Ermənistan idmançısı Miqran Harutyunyanla üz-üzə gəlib.

Modern.az  Virtualaz.org-a istinadən xəbər verir ki, Akimcan döyüşün sonunda dönüşdən topuq zərbəsi vurub. Harutyunyan zərbə qarşısında diz çöküb və hakim döyüşün sonuna işarə edib.

Döyüşdən sonra dava baş verib. Daha dəqiq desək, Harutyunyan azarkeşlərdən birinə müraciət edib: “Bu gün hər şey alındı, bir şeydən başqa. Ey oğlan, dostum, bu gün sənin buradan çıxmağında problemin olacaq. Fikrimcə, sən mənim atama əl qaldırdın”.

Bu sözlərdən sonra zalda gərgin ab-hava yaşanıb və ermənilərlə qazaxlı azarkeşlər arasında dava başlayıb. Turnirin aparıcısı verilişin canlı olduğunu xatırlatmasından sonra dava dayandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi