Arxiv
22 Oktyabr 2019, 10:56 | İQTİSADİYYAT
Azərbaycanda ilk pullu yolun hansı olacağı AÇIQLANDI - RƏSMİ

“İlkin olaraq Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun ödənişli olması nəzərdə tutulub. Hazırda bununla bağlı müzakirələr aparılır”.


Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Modern.az-ın sorğusuna cavab olaraq bildirib.


A.Nəcəfli qeyd edib ki, yolun inşası başa çatdırıldıqdan sonra detallar bəlli olacaq:


“Yolun inşasının 2020-ci ilin sonuna yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra yolun ödənişli olması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq”.

 

AAYDA rəsmisi qeyd edib ki, hələlik digər yolların ödənişli olması müzakirə olunmur:

“Bundan əvvəl Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun da ödənişli olması məsələsi vardı. Amma hazırda həmin yolun pullu olması gündəmdə deyil”.

A.Nəcəflinin sözlərinə görə, Əgər Bakı-Quba-Rusiya sərhədi yolunun ödənişli olması reallaşarsa, bunun digər yollarda da tətbiqi mümkün olacaq:

“Ödənişli yol istifadəyə verilən zaman mütləq alternativ yol olmalıdır və asfalt örtüyü keyfiyyət baxımından ondan geri qalmamalıdır. Bu, vətəndaşa seçim imkanı verir ki, ödənişli yolla getsin, yoxsa ödənişsiz”.

 

Tariflərə gəldikdə, mətbuat katibi bunun Tarif Şurası tərəfindən gələcəkdə müəyyənləşəcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun ödənişli olacağı açıqlanmışdı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda daha bir məmur həbs olundu   31 May 2020, 13:00 Deputatdan Müdafiə nazirinə sərt TƏNQİD 31 May 2020, 12:57 “Naxçıvandan xeyli insan Türkiyəyə işləməyə gedir” - Ziyafət Əsgərov 31 May 2020, 12:52 Jurnalistlər binasında koronavirus aşkarlandı 31 May 2020, 12:47 Qarabağda koronavirusa yoluxanların sayı artdı 31 May 2020, 12:42 Türkiyə vətəndaşları Azərbaycanda 90 gün vizasız qala biləcəklər 31 May 2020, 12:36 Deputat ABŞ prezidentinin təklifini dəstəklədi 31 May 2020, 12:30 Deputatdan Operativ Qərargaha etiraz: “Naxçıvana gediş-gəliş açılmır, ancaq...”  31 May 2020, 12:25 Qənirə Paşayeva hökuməti Türkiyədəki tələbələrimizi geri qaytarmağa ÇAĞIRDI 31 May 2020, 12:19 Ermənistanda koronavirusa yoluxanların sayı 9 mini keçdi 31 May 2020, 12:18 Spikerdən deputatlara irad: “Yuxarıda əyləşənlər telefondan başını qaldırmır” 31 May 2020, 12:16 “Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur” 31 May 2020, 12:14 Deputat 190 manatın iyunda da verilməsini TƏKLİF ETDİ 31 May 2020, 12:12 Milli Məclisdə Ramil Səfərov MÜZAKİRƏSİ 31 May 2020, 12:10 Zahid Orucdan “Parlament müxalifəti” haqqında qanun təklifi 31 May 2020, 12:06 Parlamentdə sosial şəbəkələrlə bağlı məsələ qaldırıldı 31 May 2020, 12:01 Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edildi 31 May 2020, 12:00 Qusarda hasar aşdı - 1 uşaq öldü, 2-si yaralandı 31 May 2020, 11:57 Vaşinqtonda 28 May Azərbaycanın Milli Günü elan edilib 31 May 2020, 11:52 “Ölkə başçısı tarixçilərə dərs keçdi” - Əli Hüseynli   31 May 2020, 11:46 Trampa qarşı niyə söz deyə bilmirlər? - Siyavuş Novruzov 31 May 2020, 11:41 Şəkidəki ayı Altıağac milli parkına aparılacaq - VİDEO 31 May 2020, 11:36 BANM əməkdaşlarının COVID-19 test nəticələri neqativ çıxıb 31 May 2020, 11:30 “Məişət tullantıları Sumqayıtda böyük ekoloji problem yaradır” - Deputat 31 May 2020, 11:25 "Azərbaycan Yəhudi Media Mərkəzi" yaradıldı 31 May 2020, 11:20 22 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı 31 May 2020, 11:14 Deputatlar iclasa maskada gəldilər 31 May 2020, 11:08 Dünyanın bu ərazisində də koronavirus xəstəsi qalmadı 31 May 2020, 11:03 Ən çox və ən az vakant müəllim yerləri bu rayonlardadır - ADLAR 31 May 2020, 10:58 Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı 31 May 2020, 10:52 Azərbaycanda 14 bağlanmış bankın 11 milyon manatdan çox vergi borcu var 31 May 2020, 10:46 Hadisə yerindən qaçan sürücü tutuldu - RƏSMİ 31 May 2020, 10:40 Jurnalistlər Diaspor Komitəsinin pandemiya dövründəki işini belə QİYMƏTLƏNDİRDİLƏR 31 May 2020, 10:35 Pakistanda koronavirusa yoluxanların sayı kəskin artdı 31 May 2020, 10:34 Qəbələdə azyaşlı və heyvan sürüsü bataqlıqda köməksiz vəziyyətdə qalıb 31 May 2020, 10:30