Modern.az

İslahatın yeni dalğası: Mərkəzi Bankla Dövlət Neft Fondu birləşdirilir - Elman Rüstəmov gedir, rəhbərliyə o gəlir

İslahatın yeni dalğası: Mərkəzi Bankla Dövlət Neft Fondu birləşdirilir - Elman Rüstəmov gedir, rəhbərliyə o gəlir

Ölkə

24 Oktyabr 2019, 16:05

Elman Rüstəmov Baş nazirin müavini postuna gətirilir

 

Ölkə Prezidenti tərəfindən son günlərdə aparılan struktur və kadr islahatlarının yeni dalğası barədə xəbərlər var.

Bu barədə Modern.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Bu məlumatlar sırasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun vəzifədən azad ediləcəyi barədə xəbərin gerçək olduğu bildirilir.

Mənbənin verdiyi məlumata görə, Elman Rüstəmov vəzifəsindən artıq istefa verib.

Yaxın günlərdə baş bankirin vəzifədən azad olunması və onun yerinə yeni təyinatla bağlı Milli Məclisin toplanacağı gözlənilir.

Ölkə başçısının sərəncamı ilə E.Rüstəmovun Baş nazirinin müavini postuna gətiriləcəyi bildirilir.

Struktur islahatlarının davamı kimi Mərkəzi Bankın Dövlət Neft Fondu ilə birləşdiriləcəyi vurğulanır. O da qeyd edilir ki, birləşdiriləcək qurumun rəhbərliyinə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov gətiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır