Modern.az

Elşad Eyvazlı Türkiyə telekanalına müsahibə verdi - FOTO+VİDEO

Elşad Eyvazlı Türkiyə telekanalına müsahibə verdi - FOTO+VİDEO

26 Oktyabr 2019, 15:32

Ankarada təşkil edilən XXI Dünya Rus Media Konqresinə qatılan Qlobal Qəzetçilər Şurasının (Küresel Qazeteçiler Konseyi) xarici əlaqələr üzrə sədr müavini, Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı Türkiyədə BR TV-yə müsahibə verib.

 

Modern.az xəbər verir ki, Elşad Eyvazlı Ankarada keçirilən iclasdan sonra BR TV-nin idarə heyətinin sədri Mehmet Çetinkayanın qonağı olub.

 

Elşad Eyvazlı bildirib ki, Qlobal Qəzetçilər Şurasını Mehmet Çetinkaya da daxil olmaqla 16 nəfərlə birlikdə yaradıblar:

 

“Keçirilən iclasda hər kəs öz vəzifəsi ilə tanış oldu və eyni zamanda Qlobal Qəzetçilər Şurasının daha geniş fəaliyyəti üçün bir sıra müzakirələr apardıq. Bir şeyi də əlavə edim ki, bir həftə əvvəl Qlobal Qəzetçilər Şurasının 65 üzvü Azərbaycanda qonaq oldu. Onlar paytaxt Bakının və digər bölgələrimizin gəzməli-görməli yerləri ilə tanış oldular, geri döndükdən sonra Azərbaycana yenidən gəlmək istədiklərini bildirdilər. Biz Qlobal Qəzetçilər Şurasının bütün dünyada geniş fəaliyyəti üçün bütün səylərimizi ortaya qoyacayıq və buna nail olacağımızı gözləyirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır