Arxiv
29 Oktyabr 2019, 12:51 | ÖLKƏ
Müsavatın “dəyirmi masa” təklifinə REAKSİYA: “Baxaq görək, baş tutacaqmı”

Müsavat Partiyasının başqanı Arif Hacılı yeni təkliflə çıxış edib. Partiya lideri bildirib ki, müxalifətin birliyi mövzusu aktuallaşıb:

 

“Partiya rəhbərlərindən, o cümlədən məndən siyasi qüvvələrin əməkdaşlığı tələb olunur. Bu təklifləri, eyni zamanda siyasi resursların toparlanması zərurətini nəzərə alaraq ölkədəki siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün açıq dəyirmi masanın keçirilməsini təklif edirəm”.

 

Müsavat başqanı dəyirmi masaya Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlini, AXCP sədri Əli Kərimlini, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovu, Xalq Partiyasının sədri Pənah Hüseyni, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Məclisinin üzvü İsa Qəmbəri, keçmiş səhiyyə naziri Əli İnsanovu, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevi, politoloq Hikmət Hacızadəni dəvət edib və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakını məqbul sayıb.

 

Xatırladaq ki, bundan əvvəl Bakıda “Ana Vətən” Partiyasının təşkilatçılığı ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda “dəyirmi masa” keçirilmişdi. Son illərdə siyasi partiyaların bir yerdə keçirdiyi ilk konfrans kimi bu, mediada müzakirələrə səbəb oldu. Elə Müsavat Partiyasının da “dəyirmi masa” ideyasını buradan götürdüyü, müxalifətdə və siyasi partiyalar arasında üstünlüyü ələ almağa çalışdığı iddia edilir.

 

Bu barədə Modern.az-a danışan “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı qeyd edib ki, istənilən partiya, təsisat hər hansı mövzuda “dəyirmi masa” keçirə bilər:

“Mətbuatdan oxuduğuma görə, müxalifətin birliyi haqqında ideya ortaya atılıb və Müsavat Partiyası da bu mövqedən çıxış edib. Partiya belə arqument gətirib ki, indiyə qədər müxtəlif  birliklər yaranıb, amma bunların perspektivi olmayıb, hər biri fiaskoya uğrayıb. Doğrudan da belədir. Bundan sonrada müxalifət bloqları yaradılarsa, perspektivi olmayacaq. Çünki müxalifət partiyaları çoxqütblüdür, birinin maraqları digəri ilə ciddi şəkildə toxunur. Hər kəs özünü aparıcı müxalifət hesab edir. Bunlar imkan vermir ki, müxalifət partiyaları uzun müddət bir arada qalıb, fəaliyyətlərini kordinasiya etsinlər.  Bu “dəyirmi masa” da müxalifətdaxili məsələlərin müzakirəsinə həsr oluna bilər. Azərbaycan demokratik ölkədir, istənilən partiya istənilən təşəbbüslə çıxış edə bilər. Ona görə, Müsavatın təşəbbüsünə hörmətlə yanaşıram”.

 

F.Ağamalı hesab edir ki, istənilən siyasi partiyanın atdığı addım Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət etməlidir:

“Azərbaycan xalqının milli maraqları öndə olmalıdır. Baxaq görək, “dəyirmi masa” baş tutacaqmı və orada səsləndirilən fikirlər nə dərəcədə dediyimiz meyarlara uyğun olacaq. Mənim üçün də maraqlıdır ki, həmin “dəyirmi masa” müxalifət qütbündə nə dərəcədə rezonans doğuracaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
PSİXOLOQ MƏSLƏHƏTİ:  “Qaynar xətt” yaradılsın – KARANTİNİN 18-Cİ GÜNÜ 10 Aprel 2020, 01:38 OPEC+ razılaşdı: Gündəlik hasilat 10 milyon barel azaldılacaq 10 Aprel 2020, 00:59 Boris Conson palataya köçürüldü 10 Aprel 2020, 00:53 Bakıda motosiklet piyadanı vurdu 10 Aprel 2020, 00:36 ABŞ-da koronavirusdan ölənlərin sayı 16 374-ə çatdı 10 Aprel 2020, 00:17 Tanınmış akademik dünyasını dəyişdi 9 Aprel 2020, 23:59 İngiltərədə koronavirusdan bir gündə 881 nəfər öldü 9 Aprel 2020, 23:56 NATO-nun keçmiş baş katibi koronavirusdan sağaldı 9 Aprel 2020, 23:46 Fransada koronavirus 12 210 can alıb 9 Aprel 2020, 23:27 Azərbaycanda daha 3656 nəfər koronavirusla bağlı test olundu 9 Aprel 2020, 23:15 Bakı-Şamaxı yolunda ağır qəza 9 Aprel 2020, 23:05 Deputatın təşkilatı 20 tənhanın ərzaq təminatını üzərinə götürdü 9 Aprel 2020, 22:53 Sonu görünməyən, ağıla gəlməyən  tənəzzül – NAZARBAYEVDƏN ÖZ XALQINA MƏKTUB 9 Aprel 2020, 22:37 Heydər Əliyev Mərkəzindən Rusiyaya həmrəylik mesajı - VİDEO 9 Aprel 2020, 22:23 İşsizlərə şad xəbər: 10 000 nəfər üçün ÖDƏNİŞ EDİLİB 9 Aprel 2020, 22:18 “Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır” - Mariya Zaxarova 9 Aprel 2020, 21:53 Bu ölkədə koronavirus 18 279 nəfərin həyatına son qoydu 9 Aprel 2020, 21:36 Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub 9 Aprel 2020, 21:21 Türkiyədə koronavirus qurbanlarının sayı 908-ə çatdı 9 Aprel 2020, 21:08 Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə yardım çatdırıblar 9 Aprel 2020, 20:44 ATƏT PA-nın Bürosu Dağlıq Qarabağdakı “seçkiləri” ictimai sağlamlığa təhlükə adlandırdı 9 Aprel 2020, 20:27 Fəzail Ağamalıdan etiraz: VİDEONU KƏSİB BİZİ HƏDƏFƏ GÖTÜRÜBLƏR 9 Aprel 2020, 20:12 Koronavirusdan zərər çəkən sahibkarlara yardım edilməsinə başlanıldı 9 Aprel 2020, 20:01 Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasına RAZILAŞDI 9 Aprel 2020, 19:52 Gürcüstanda daha 7 nəfərdə COVİD-19 tapıldı 9 Aprel 2020, 19:41 Karantindən buraxılan tələbə: “Gələn dəfə “Relax”a istirahətə gəlmək ümidi ilə...” - VİDEO 9 Aprel 2020, 19:37 “OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başladı - Neft BAHALAŞACAQ? 9 Aprel 2020, 19:29 UNEC brendi Xorvatiyada da tanındı 9 Aprel 2020, 19:24 Yol polisindən paytaxt sakinlərinə müraciət: Sağlamlığınıza biganə qalmayın 9 Aprel 2020, 19:16 Vasif Talıbovdan yeni kadr təyinatı 9 Aprel 2020, 19:09 Qazaxda 68, Tovuzda 71 nəfər cərimələndi - Karantin rejimini pozduğuna görə 9 Aprel 2020, 18:54 İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə zirvə görüşü keçiriləcək 9 Aprel 2020, 18:46 İşsizlərə birdəfəlik ödəməyə görə ən çox yaranan sualların CAVABLARI 9 Aprel 2020, 18:40 Azercell dünyanın ən çox baxılan televiziya kanalarını təqdim edir 9 Aprel 2020, 18:33 Koronavirusdan ölənlərin sayı 90 minə ÇATDI 9 Aprel 2020, 18:30