Arxiv
29 Fevral 2012, 09:26 | AKTUAL
“Azərbaycanı istəməyən qüvvələri bir neçə qrupa bölmək olar”

Fevralın 28-də “Baku Expo” Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransı keçirilib. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev  bu il ölkədə xüsusilə qeyri-neft sektorunda böyük inkişaf gözlənilir.

”Əvvəlki dövrdə başlanmış və indi davam edən layihələr öz bəhrəsini verməkdədir. Eyni zamanda, 2012-ci ildə də böyük müəssisələr, zavodlar açılacaqdır. Beləliklə, qeyri-neft potensialımız daha da artacaqdır”.

Prezidentin sözlərinə görə, ümumi daxili məhsul son 8 il ərzində 3 dəfə artıb. Heç bir başqa ölkədə belə nəticə olmayıb.

Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesi artıq çoxdan başa çatmışdır. Mən bir müddət bundan əvvəl demişəm ki, biz artıq keçid dövrümüzü başa vurmuşuq. Azərbaycan indi keçid dövrünü yaşayan ölkə deyildir. Biz sürətli inkişaf dövrünü yaşayan ölkəyik, inkişafda olan ölkəyik və bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkəyə çevrilmək üçün biz siyasətimizi davam etdirəcəyik”
… Qeyd etdiyim kimi, böyük Dövlət İnvestisiya Proqramı icra ediləcəkdir. Yeddi milyard manat böyük məbləğdir. Elə etməliyik ki, bu məbləğ böyük səmərə ilə istifadə olunsun və bütün layihələrdə işlər getsin. Heç bir yubanma olmasın, biz bürokratik əngəlləri gərək tamamilə aradan qaldıraq və eyni zamanda, bu böyük dövlət layihələrinə nəzarət daha da güclü olmalıdır. Çünki nəzarət olan yerdə işin keyfiyyəti də təmin edilir.
Bu il əvvəlki illərdəki kimi, infrastruktur layihələrinə böyük vəsait ayrılacaqdır. Xüsusilə yol tikintisinə. Magistral yollarda işlər gedir. Keçən il olduğu kimi, bu il də kənd yollarına eyni qaydada böyük sərmayə qoyulmağa başlamışdır. Əvvəlki dövrlərdə də biz bu sahəyə diqqətimizi əsirgəməmişdik.
Ancaq xüsusilə 2012-ci və 2013-cü illərdə bu sahəyə daha da böyük məbləğdə vəsait qoyulacaqdır. Kənd yollarının tikintisi birbaşa yerli icra orqanlarına tapşırılmışdır. Onlar bu işi böyük səmərə ilə və böyük keyfiyyətlə görməlidirlər. Bu, böyük məsuliyyətdir, çünki əvvəlki dövrdə bu işlərlə mərkəzi icra orqanları məşğul idi. Ancaq mərkəzi icra orqanlarının digər layihələri vardır. Onlar əsas diqqəti magistral, şəhərlərarası yollara yönəltməlidirlər. O ki qaldı kənd yollarına, yerli icra orqanları bu işləri daha yaxşı bilir. Artıq keçən ildən başlayaraq hər bir bölgədən sifarişlər gəldi, məruzələr edildi və plan tərtib olundu. Gördüyünüz kimi, ilin əvvəlindən həm dövlət büdcəsi, həm Prezidentin ehtiyat fondu hesabına bölgələrə vəsait ayrılır. Qarşıya məqsəd qoyulubdur ki, biz bütün kənd yollarını abadlaşdıraq. Bu, əlbəttə ki, maksimum məqsəddir.
Eyni zamanda, 2013-cü ilin sonuna qədər qarşıya real məqsəd də qoyulmuşdur, bütün hesablamalar aparılmışdır, həm maliyyə imkanlarımız, həm texniki imkanlar. Beləliklə, kəndlərdə yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər gözəl yollardan istifadə edəcəkdir. İmkanlarımız hələ ki, buna çatır. Əgər daha da sürətli inkişafa nail ola bilsək, həm bu il, həm gələn il bu Proqrama əlavələr edə bilərik. Ancaq qarşıya hədəf qoyulubdur ki, kəndlərdə yaşayan əhalinin 80 faizi mütləq əsaslı təmir edilmiş və tikilmiş yollardan artıq istifadə edəcəkdir. Məqsəd isə əlbəttə ki, kənd yollarının 100 faiz qaydaya salınmasıdır. Biz bu məqsədə də çatacağıq.
Bölgələrdə qazlaşdırma prosesi gedir. Dövlət Neft Şirkətinə müvafiq göstərişlər verilmişdir. Baxmayaraq ki, Dövlət Neft Şirkəti böyük şirkətdir, eyni zamanda, biz dövlət dəstəyini də əsirgəmirik. Dövlət İnvestisiya Proqramında bölgələrin dövlət büdcəsi hesabına qazlaşdırılması üçün böyük məbləğ nəzərdə tutulubdur. Yenə də qarşıya real məqsəd qoyulubdur ki, 2013-cü ilin sonuna qədər Azərbaycanda qazlaşdırma 95 faizə çatsın. Bu, real hədəfdir və biz buna çatsaq, hesab edirəm ki, qazlaşma ilə bağlı bütün məsələləri həll etmiş olarıq. Bu, böyük vəsait tələb edən məsələdir, böyük texniki imkanlar olmalıdır. Həm yeni xətlər çəkilir, həm vaxtilə çəkilmiş, çürümüş xətlər dəyişdirilir. Bu proses həm bölgələrdə, həm Bakıda gedir. Biz iki istiqamət üzrə hərəkət etməliyik. Əvvəlki illərdə yaradılmış, köhnəlmiş infrastrukturun bərpası və yeni infrastrukturun yaradılması paralel şəkildə aparılır. Yeni texnologiyalar, yeni boru kəmərləri, xətləri var ki, onların ömrü çox uzundur və biz onlardan istifadə edirik”.

İlham Əliyev deyib ki, içməli su və kanalizasiya layihələri icra edilir. Bu çox böyük sosialyönümlü, böyük vəsait tələb edən layihədir. Yüz milyonlarla manat, bəlkə milyardlarla manat vəsait tələb edən layihədir.

”Bakı, Bakıətrafı qəsəbələr, bütün şəhərlər, rayon mərkəzləri kanalizasiya, içməli su ilə təmin edilməlidir və bu istiqamətdə atılan addımlar ümidvericidir. Qarşıya böyük hədəflər qoyulub. Amma yenə də deyirəm, bu hədəflər reallığı əks etdirməlidir”.

Prezident kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəyini, heyvandarlığın inkişafı ilə bağlı böyük addımlar atıldığını, südçülük, heyvandarlıq, taxılçılıq sahələrinə xüsusi diqqət göstərilməli olduğunu vurğulayıb.

“Ərzaq təhlükəsizliyi məsələləri hər bir ölkə üçün vacibdir. Biz bu məsələlərlə bir neçə ildir ki, məşğuluq. Görəndə ki, biz öz daxili istehsalımıza arxalanmalıyıq, bu sahədəki addımlarımız daha da təsirli olmuşdur. Yenə də iqtisadi, maliyyə böhranı, ondan sonra bəzi ölkələrdə quraqlıq ona gətirib çıxarmışdır ki, bir neçə il bundan əvvəl taxılla bağlı problemlər yaranmışdı. Ənənəvi təchizatçılar ixracata qadağa qoymuşdular. Baxmayaraq ki, kontraktlar bağlanmışdı, ancaq taxılın idxalı dayanmışdı və biz onda fikirləşməyə başladıq ki, nəinki taxılçılıq sahəsində, hər bir sahədə tələbatımızı daxildə təmin etməliyik. Buna imkan var – bizim gözəl torpağımız, zəhmətkeş insanlarımız, dövlət dəstəyi vardır. Ona görə ərzaq təhlükəsizliyi enerji, nəqliyyat təhlükəsizliyi ilə bərabər çox ciddi məsələdir.
Biz keçmişdə özümüzü heç vaxt ərzaq məhsulları ilə təmin etməmişdik. Sovet dövründə ümumxalq təsərrüfatı kompleksi var idi və bütün əsas ərzaq məhsulları başqa respublikalardan gəlirdi. Biz qısa müddət ərzində ciddi dönüş yarada bilmişik. Ancaq hələ ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməmişik, baxmayaraq ki, çox ciddi irəliləyiş vardır”.

Prezident deyib ki, taxıl istehsalı hazırda tələbatımızın 65 faizini təşkil edir. Görüləcək tədbirlər nəticəsində 2013-cü ilin sonunda 84 faiz olacaq.

”84 faiz olarsa, bu, yaxşı rəqəmdir, ancaq son rəqəm deyildir. Ət – özümüzü 88 faiz səviyyəsində təmin edirik. 2013-cü ildə proqnoz 95 faiz olacaqdır. Quş əti – hazırda 81 faizdir. Bu yaxınlarda quşçuluğa daha da çox kreditlər verildi. Ona görə də istehsal artdı və 2 ildən sonra, gələn ilin sonuna qədər 92 faiz olmalıdır. Kartof istehsalı artıq 102 faizdir, 114 faiz olacaqdır. Meyvə - 117 faiz, yəni ki, ixrac potensialı vardır. Bostan məhsulları 100 faiz, yumurta 77 faiz, gələn ilin sonunda 100 faiz olmalıdır. Şəkər istehsalı 160 faizdir. Ancaq o da həqiqətdir ki, şəkərin xammalı əsasən xaricdən gətirilir. Ancaq bununla bərabər, daxili istehsal 160 faizdir, böyük ixrac imkanları vardır. Azərbaycanda duz istehsalı 47 faizdir, 75 faiz olmalıdır. Süd və süd məhsulları hazırda tələbatımızın 70 faizini ödəyir, gələn ilin sonunda təxminən 80 faiz olacaqdır. Bitki yağı – 65 faiz, kərə yağı 50 faizdir. Bu da artmalıdır”.

İ.Əliyev ümid etdiyini bildidib ki, 2015-ci ilə qədər əsas ərzaq məhsulları ilə özümüzü 100 faiz təmin edəcəyik.

“…Məhsullarımız – meyvələr, tərəvəz keyfiyyətlidir, təbiidir, tərkibində heç bir kimya yoxdur, olmamalıdır. Bu da çox vacib məsələdir. Biz kəmiyyət dalınca qaçmamalıyıq. Çünki indi kəmiyyət dalınca qaçanlar keyfiyyəti itirirlər. Elə olmasın ki, bir neçə ildən sonra bizdə də bu meyvə-tərəvəz süni dad versin, necə ki, bəzi ölkələrdə yeyəndə heç bilmirsən hansı meyvədir, ya tərəvəzdir. Ona görə biz bu təbiiliyi, keyfiyyəti mütləq saxlamalıyıq, kəmiyyəti keyfiyyətin hesabına artırmamalıyıq. Emal müəssisələrimiz indi çox müasirdir, xüsusilə son illər ərzində tikilən müəssisələr. Orada bütün sertifikatlar, standartlar olmalıdır. Avropa İttifaqının bazarlarına çıxmaq üçün biz elə müəssisələr yaratmalıyıq ki, bu imkanlar olsun. Yəni, bu, çox ciddi məsələdir. Bu, bu günün məsələsi deyil, gələcəyə yönəlmiş bir məsələdir. Amma biz bununla bu gün məşğul olmasaq, gecikərik”.

Prezident deyib ki, Azərbaycanı istəməyən qüvvələr də, bədxahlar da var. Onları da bir neçə qrupa bölmək olar.

”Birinci növbədə bizim əsas düşmənlərimiz dünya erməniliyi və onların təsiri altında olan riyakar, korrupsioner, rüşvətxor siyasətçilərdir. O siyasətçilər ki, həqiqəti görmək istəmir və müxtəlif yerlərdə Azərbaycanı ləkələməklə məşğuldurlar. Bəzi parlamentlərin erməni lobbisinin pulu ilə dolanan üzvləri, bəzi siyasi xadimlər və sair. Onların hamısını biz yaxşı bilirik. Onların heç adlarını çəkmək lazım deyildir. Bir qrup onlardır.
Digər qrup, ümumiyyətlə, Azərbaycanın müstəqil siyasətini qəbul etməyənlərdir. Yəni, qəbul etmirlər ki, Azərbaycan müstəqil siyasət apara bilsin. Biz müstəqil siyasət aparırıq və aparacağıq. Bu siyasət, bir daha demək istəyirəm ki, Azərbaycan xalqının maraqlarına xidmət edir. Başqa heç kimin maraqlarına xidmət etmir və etməyəcəkdir. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Bu maraqları təmin etmək üçün biz mübarizəmizi aparırıq və apacağıq. Nəticələr və yaxın tarix göstərir ki, biz hətta təkbaşına mübarizədə qalib gələ bilirik.
Üçüncü qrup isə sadəcə olaraq bizə paxıllıq edənlərdir. İndi Azərbaycanın reallıqları belədir ki, doğrudan da bizim tariximiz inkişaf edir və uğurlar tarixidir. Baxın, biz son müddət ərzində həm siyasi, həm iqtisadi sahədə nə qədər böyük nailiyyətlərə çatmışıq. Bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin reytinqləri aşağı düşdüyü halda, bəzi inkişaf etmiş ölkələr defolt ərəfəsində olduğu halda, “Standard & Poor`s” Azərbaycanın kredit reytinqini qaldırır.
Dünyanın iqtisadi sahədə ən mötəbər “beyin mərkəzi” olan Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 55-ci yerə layiq görür, bütün MDB məkanında birincidir. Bu, hansısa qondarma qeyri-hökumət təşkilatı deyil ki, ağzına gələni danışsın. Dünya İqtisadi Forumu dünya şöhrətli beynəlxalq təşkilatdır, bu da onların rəyidir”.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yaşasaydı bu gün 23 yaşı olacaqdı - UNEC-in şəhid MƏZUNU 15 İyun 2021, 17:07 Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi İMZALANDI 15 İyun 2021, 17:02 “Ermənilər buraları dağıtdılar ki, biz qayıdanda tanımayaq” - Prezidentlər Şuşaya belə getdilər - VİDEO 15 İyun 2021, 16:56 Ermənistanın xarici borcu rekord həddə ÇATDI 15 İyun 2021, 16:50 Hərbçilər Milli Qurtuluş gününü qeyd ediblər 15 İyun 2021, 16:47 Gürcüstanda azərbaycanlı kişi həyat yoldaşını qətlə yetirib 15 İyun 2021, 16:42 Azərbaycanda peyvənd olunanların sayı 3 milyona çatır 15 İyun 2021, 16:36 Bu günün yoluxma sayı açıqlandı 15 İyun 2021, 16:30 Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam” 15 İyun 2021, 16:24 Şuşada Prezidentlərin təkbətək görüşü olub - FOTO 15 İyun 2021, 16:18 Ərdoğan: “Milli Qurtuluş Günündə Şuşadayıq” 15 İyun 2021, 16:12 Şuşaya gəlmiş türk sərkərdələri - Nuru paşa və Ərdoğan 15 İyun 2021, 16:06 Türkiyədə 35 milyondan çox şəxsə koronavirus vaksini vurulub 15 İyun 2021, 16:00 “Neftçi”nin Çempionlar Liqasındakı ilk oyunu bu tarixdə keçiriləcək 15 İyun 2021, 15:30 İlham Əliyev və Ərdoğan Şuşadadır - VİDEO-YENİLƏNİB 15 İyun 2021, 15:25 Sarkiasyan Paşinyanı TƏHQİR ETDİ: “Əlindən alıb başına çırpmalıyıq!” 15 İyun 2021, 15:20 Boksçularımız Avropa çempionatına yollandı 15 İyun 2021, 15:15 Avro-2020-nin bugünkü oyunlarını göstərəcək telekanallar 15 İyun 2021, 15:10 Bakıda daha bir yol təmir olunur - FOTO 15 İyun 2021, 15:05 Azərbaycan əhalisinin gəlirləri açıqlandı 15 İyun 2021, 15:00 Türkiyəli professor Ərdoğanın Şuşa səfərinin önəmindən DANIŞDI 15 İyun 2021, 14:54 Gürcüstanda Hindistan ştammına 18 nəfər yoluxdu 15 İyun 2021, 14:48 İranda son sutkada COVID-19-dan 134 nəfər öldü 15 İyun 2021, 14:42 Teledərslərin sabaha olan cədvəli 15 İyun 2021, 14:36 UNEC-də Milli Qurtuluş Günü qeyd olunub 15 İyun 2021, 14:30 Putindən 120 min azərbaycanlını sevindərəcək QƏRAR 15 İyun 2021, 14:25 “Bayrağınız hər zaman uca olsun, şanlı vətən Azərbaycan” 15 İyun 2021, 14:20 Şuşa Türkiyə mətbuatının gözü ilə belə təsvir edildi 15 İyun 2021, 14:17 Leyla Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM 15 İyun 2021, 14:12 Xalq artisti Flora Kərimova vəsiyyət etdi 15 İyun 2021, 14:06 Tibb işçiləri COVİD-19-a yoluxma şübhəsi olan xəstədən necə qorunmalıdır? 15 İyun 2021, 14:00 Naftalanda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib 15 İyun 2021, 13:55 Ərdoğanın Bakıda futbol matçını izləməsi də dünyaya ayrıca mesajdır - Deputat 15 İyun 2021, 13:52 Mərhum telejurnalist Çingiz Mustafayevin anım günüdür   15 İyun 2021, 13:46 “Qaytarılan ermənilər terrorçu deyildi” - Polkovnik 15 İyun 2021, 13:43
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?