Modern.az

Dünyanın ən zəngin azərbaycanlısı 6 günə 800 milyon dollar QAZANDI

Dünyanın ən zəngin azərbaycanlısı 6 günə 800 milyon dollar QAZANDI

İqtisadiyyat

4 Noyabr 2019, 12:13

Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov son 6 gün ərzində sərvətini 800 milyon dollar artırıb.

 

Modern.az xəbər verir ki, əgər oktyabrın 29-da iş adamının sərvəti “Bloomberg Billionaires İndex”də 20,1 milyard dollar idisə, hazırda bu məbləğ 20,9 milyard dollar təşkil edir. İş adamının sərvəti xüsusən oktyabrın 31-dən noyabrın 1-nə keçən gün kəskin artıb. Uğurlu ticarət dövriyyəsi və “Lukoyl”un səhmlərinin bahalaşması iş adamına 24 saatda 518 milyon dollar sərvət qazandırıb.

 

Xatirladaq ki, 69 yaşlı iş adamı Rusiyanın 3-cü ən zəngin şəxsidir. Onun prezidenti olduğu “Lukoyl” şirkəti dünya neftinin 2%-ni hasil edir.

  

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?