Modern.az

Elçin Əlibəyli onu döyənin adını AÇIQLADI 

Elçin Əlibəyli onu döyənin adını AÇIQLADI 

Hadisə

5 Noyabr 2019, 12:15

Tanınmış teleaparıcı Elçin Əlibəyli cəmiyyətdən mənəvi dəstək istəyib.

 

Modern.az xəbər verir ki, siyasi fikirlərinə görə qonşusu tərəfindən döyüldüyünü söyləyən E. Əlibəyli həmin şəxsin kimliyini açıqlayıb. O, sosial şəbəkə vasitəsilə ziyalılara və jurnalistlərə müraciət edib:

 

“Oktyabrın 19-u qonşum tərəfindən siyasi motivlərə görə döülsəm də, bu günə kimi döyən şəxsin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı olması hesabına DİN susur. Bu ölkədə haqq-ədalət yoxdur nəticəsinə gəlirən. Döyülmək və söyülmək davası deyil, mənim davam, Avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əmilliyyatda yenicə çıxdığım yırtıq (qrija) partladması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir. Təcili əmiliyyat olunmalıyam, amma mən bu yazını yazanda belə, ağrıkəsiçi iynənin təsiri ilə yazıram. Mənə yalnız sizin mənəvi dəstəyiniz lazımdır!”. 

Qeyd edək ki, E. Əlibəyli başına gələn hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova da müraciət ünvanlamışdı. O, hadisəni törədən şəxsin qardaşının DİN-də çalışdığını və nüfuzu hesabına bu məsələni ört-basdır etmək istədiyini vurğulamışdı. E. Əlibəyli nazirdən məsələ ilə bağlı ölçü götürülməsini xahiş edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır