Modern.az

Hacıqabulda 19 yaşlı qız öldürüldü - qardaşı tutuldu

Hacıqabulda 19 yaşlı qız öldürüldü - qardaşı tutuldu

Hadisə

18 Avqust 2026, 15:43

Hacıqabulda qətl hadisəsi törədilib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərində İ. Qayıbov küçəsində minik avtomobilində baş verib.

Hacıqabul sakini, 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva qardaşı tərəfindən boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...