Modern.az

Bakı-Qazax yolunda QƏZA - Yanacaq yola töküldü

Bakı-Qazax yolunda QƏZA - Yanacaq yola töküldü

Hadisə

16 Avqust 2026, 14:53

Bakı-Qazax yolunda yük maşını qəza törədib.

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı 1969-cu il təvəllüdlü S.Hakyeməz idarə etdiyi İveco (TIR) markalı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən avtomobil idarəetmədən çıxıb.

Nəticədə yük avtomobili magistral yolunun dəmir arakəsməsinə dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Yük avtomobillin yük yerində olan dəmirlər yola dağılıb, bundan başqa yük avtomobilindən 1 tona yaxın yanacaq yola tökülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?