Şəmkirdə baş verən qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb.
Modern.az APA-ya istinadən xəbər verir ki, ölən 1981-ci il təvəllüdlü A.Aslanovdur.
Qeyd edək ki, qəza Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi “KIA Sorento” markalı minik avtomobili ilə Şəmkir rayonunun Mahmudlu kənd sakinləri, 1981-ci il təvəllüdlü Ə. Aslanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.
***
Şəmkir rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az Teleqraf-a istinadən xəbər verir ki, qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində dünyasını dəyişib.
Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Mahmudlu kənd sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
***
18:16
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, qəza zamanı 3 nəfər ölüb, xəsarət alanlar var.