Modern.az

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb - YENİLƏNİB

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb - YENİLƏNİB

Hadisə

17 Avqust 2026, 15:20

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındığına dair məlumat yayıb.

Modern.az xəbər verir ki, komitədən bildirilib:

"Təkrar risklərin aradan qaldırılması məqsədilə ailə Salyan Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən qeydiyyata alınıb, müntəzəm monitorinq işlərinin həyata keçirilməsi planlaşdırılıb. Erkən evlilik hallarının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə səbəb olduğu valideynlərin nəzərinə çatdırılıb".

***
Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...