Modern.az

200 hakim barəsində intizam icraatı başlanılıb

200 hakim barəsində intizam icraatı başlanılıb

Aktual

5 Noyabr 2019, 20:02

"15 il ərzində 200 hakim barəsində intizam icraatı başlanılıb".

Ədliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu barədə nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında bildirilib.

İclasda 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla – fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsinə, səlahiyyət müddətinin uzadılmamasına görə, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb:

"Qısa müddət ərzində 40-dan çox məhkəmədə monitorinqlər keçirilib, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb".
İclasda həmçinin, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər müzakirə olunub

Cari ilin 9 ayında Məhkəmə ekspertizası mərkəzinə 41 ekspert ixtisası üzrə 24.000-dək işin icra olunduğu və ekspertlər 675 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99.5 faiz həllinə nail olduğu qeyd edilib.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı