Modern.az

60 jurnalistə qarşı təzyiq

60 jurnalistə qarşı təzyiq

Media

5 Noyabr 2019, 21:54

Ukrayna Milli Jurnalistlər İttifaqı 2019-cu ilin əvvəlindən jurnalistlərə münasibətdə 60 fiziki güc tətbiqi faktı qeydə alınıb.

Modern.az Azərtac-a istinadən xəbər verir ki, hücumlar barədə informasiyanı Ukrayna Milli Jurnalistlər İttifaqının mətbuat xidməti dərc edib.

Məlumatda deyilir: “2019-cu ilin 10 ayında jurnalistlərə 60 zor tətbiqi hadisəsi qeydə alınıb”.

İnformasiyada vurğulanır ki, zərərçəkənlərin 40 faizi qadınlardır. KİV nümayəndələrinə münasibətdə fiziki təcavüzün ən yüksək səviyyəsi Kiyevdə, Kiyev və Odessa vilayətlərində qeydə alınıb.

Jurnalistlər İttifaqı statistik məlumatları KİV nümayəndələrinin fiziki təhlükəsizliyi məsələlərinə dair parlament dinləmələri ərəfəsində dərc edib. Dinləmələr noyabrın 6-da nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...