Modern.az

Bu ilin əvvəlindən 7825 \"az\" domeni ləğv olunub

Bu ilin əvvəlindən 7825 \

5 Noyabr 2019, 22:24

Hazırda Azərbaycanın domen zonasında (".az") 33 699 internet resursu qeydiyyatdadır.

Modern.az  yerli mediaya istinadənxəbər verir ki, hazırda ".az" domenində qeydiyyatda olan saytların sayı 31 414-dür.

İkinci ən çox müraciət olunan domen ".com.az"dır. Bu domendə 1 284 sayt qeydiyyatdan keçib.

Eləcə də, ".edu.az" 444 sayt, ".org.az" 152 sayt, ".co.az" 121 sayt, ".info.az" 107 sayt, ".net.az" 84 sayt, ".ınt.az" 31 sayt, ".pp.az" 25 sayt, ".bız.az" 23 sayt, ".name.az" 13 sayt, ".pro.az" domenindən isə 1 sayt qeydiyyatdan keçib.

Bu ilin əvvəlindən 7825 domen ləğv olunub, 9916 domen isə qeydiyyata düşüb.

Qeyd edək ki, domenlərlə bağlı statistika mütəmadi olaraq dəyişir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür