Modern.az

Eldəniz Səlimov: “Müxalifət dəyirmi masa keçirərək gündəmdə qalmaq istəyir”

Eldəniz Səlimov: “Müxalifət dəyirmi masa keçirərək gündəmdə qalmaq istəyir”

Aktual

6 Noyabr 2019, 13:55

“Müxalifət dəyirmi masa keçirərək başqa mövzu ilə gündəmdə qalmaq istəyir”.

 

Bu sözləri Modern.az-a Müsavat Partiyasının təşkilaçılığı ilə keçirilən müxalifət rəhbərlərinin dəyirmi masası haqqında danışarkən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Eldəniz Səlimov deyib.  O qeyd edib ki, dəyirmi masada iştirak edən şəxslərin heç bir toplantısının fərqli nəticələri olası deyil:

 

“Arıf Hacılı, İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Əli İnsanov, Hikmət Hacızadə, Mehman Əliyev… Görün, ölkənin ictimai-siyasi vəziyyətini kimlər müzakirə edib, fikir söyləyirlər? Özləri hakimiyyətdə olanda gördükləri işlərdən, xalqın başına gətirilən müsibətlərdən, insanları aclıq və səfalət içərisində qoymalarından danışsınlar. Cavanlarımızdan ibrət alsınlar və onlara öz sözlərini desinlər. Əli İnsanov danışarkən hiss olunur ki, xəcalət çəkir. Özünün etdikləri azmış kimi, bu gün də mənəvi əziyyət çəkmədən dəyirmi masada çıxış edir. Əli İnsanov keçmişini kimə verib, orada iştirak edir? Əli İnsanov, Əli Kərimli, Tofiq Yaqublunun halına acıdıqlarını göstərməklə, xal qazanmaq istəyirlər.”

 

E.Səlimov müxalifətin qəbul etdiyi bəyanatı “kağız parçası” da adlandırıb.

 

Qeyd edək ki, Müsavat Partiyasının qərargahında müxalif liderlərinin və vətəndaş cəmiyyətin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Toplantıda partiyanın indiki və keçmiş sədrləri Arif Hacılı və İsa Qəmbər, AXCP lideri Əli Kərimli, Xalq Partiyasının sədri Pənah Hüseynov, keçmiş səhiyyə naziri Əli İnsanov, Azərbaycanın Moskvadakı keçmiş səfiri Hikmət Hacızadə, “Turan” agentliyinin direktoru Mehman Əliyev iştirak ediblər.   

Sonda dəyirmi masanın iştirakçıları bəyanat yayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü