Arxiv
7 Noyabr 2019, 09:48 | İQTİSADİYYAT
Güzəştlə mənzil almaq hüququ olanların kateqoriyası genişləndiriləcək - SİYAHI

“Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanına əsasən, “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan tapşırıqlardan biri də güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərin kateqoriyalarının genişləndirilməsi ilə bağlıdır”.

Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən Modern.az-ın sosial mənzil almaq hüququ olanların kateqoriyasının genişləndirilməsilə bağlı sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, bu istiqamətdə işlər davam etdiriləcək:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial sahədə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli mənzillərin tikintisini təşkil etməkdir. Ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasına əsasən, mənzilləri güzəştlə əldə etmək hüququ “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur. Həmin şəxslər güzəştli ipoteka krediti ilə yanaşı, artıq güzəştli mənzillərdən də yararlanmaq hüququna da sahibdirlər”.


MİDA-dan bildirilib ki, dövlətin sosial siyasətinin davamı olaraq ölkə başçısının 13 iyul 2017-ci il və 21 iyul 2017-ci il tarixli Fərmanları ilə güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə və dəyişiklik edilib.


Güzəştlə mənzil almaq hüququna malik şəxslər aşağıdakılardır:

Gənc ailənin üzvü olan şəxslər

  • Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
  • Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

  • Ailə vəziyyətindən və yaşından asılı olmayaraq digər şəxslər

  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
  • Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları;
  • Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
  • Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.
  •  

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Prezident Feysəl bin Muammarı ilə görüşüb - FOTO 15 Noyabr 2019, 16:32 “AzerGold” QSC İSO beynəlxalq standart sertifikatlarına layiq görülüb 15 Noyabr 2019, 16:26 İlham Əliyev qüdslü ravvini qəbul edib 15 Noyabr 2019, 16:10 BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub 15 Noyabr 2019, 16:02 Xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı AÇIQLANDI   15 Noyabr 2019, 15:56 Bakıda Milli Qəhrəmanın heykəli qoyuldu 15 Noyabr 2019, 15:38 İcra başçısı Xəsədərli kəndində səyyar qəbul keçirib 15 Noyabr 2019, 15:36 Ölkəyə qanunsuz dərman keçirmək istədi - Foto 15 Noyabr 2019, 15:22 İlham Əliyev bir qrup din xadimini qəbul edib - FOTO 15 Noyabr 2019, 15:16 Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərlənib 15 Noyabr 2019, 15:15 Prezident Bilal Əliyevə mənzil bağışladı 15 Noyabr 2019, 15:07 Əliyar Ağayev Avro-2020 oyununa təyinat aldı 15 Noyabr 2019, 15:02 Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib 15 Noyabr 2019, 14:57 Azərbaycanın qeyri neft-qaz sektorunda əlavə dəyər artıb 15 Noyabr 2019, 14:55 "Nəsimi ili" müsabiqəsinə yekun vuruldu 15 Noyabr 2019, 14:48 Azərbaycanın mal alıb-satdığı ölkələrin SİYAHISI 15 Noyabr 2019, 14:46 Əbülfəs Qarayev və müavinləri vətəndaşlarla görüşüb - FOTO 15 Noyabr 2019, 14:39 Naftalandakı Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi 15 Noyabr 2019, 14:35 Azərbaycanda avtomobillərə pərdə qadağası götürülür - Sürücülərə ŞAD XƏBƏR 15 Noyabr 2019, 14:32 Ən bahalı küçələrin SİYAHISI 15 Noyabr 2019, 14:10 Dünya erməniləri Qarabağ üçün pul toplayacaq 15 Noyabr 2019, 14:05 BDU-nun bütün əməkdaşlarına mükafat veriləcək 15 Noyabr 2019, 14:04 UNEC-də yeni Tələbə-rektor seçilib 15 Noyabr 2019, 13:56 Ekoloqdan hava dəyişkənliyi barədə: “Yeni buzlaq dövrünə qədəm qoymuşuq” 15 Noyabr 2019, 13:50 Putinin jurnalistlər üçün mətbuat konfransının vaxtı AÇIQLANDI 15 Noyabr 2019, 13:46 “Gələn il pensiya və maaşların artım tempi yerində saymayacaq” - Deputat 15 Noyabr 2019, 13:46 DİM dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirəcək 15 Noyabr 2019, 13:36 Xilaskar təbib 15 Noyabr 2019, 13:19 Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu 15 Noyabr 2019, 13:05 Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edildi 15 Noyabr 2019, 12:56 Nazirlikdən Balakəndəki qətllə bağlı AÇIQLAMA 15 Noyabr 2019, 12:50 Almaniya Azərbaycanlıları Alyansından mühacir alverçiləri ilə bağlı BƏYANAT  15 Noyabr 2019, 12:50 “Ayıbdır” deyib qız uşaqlarını ginekoloqa aparmamağın nəticəsi... - MÜSAHİBƏ 15 Noyabr 2019, 12:42 Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı 15 Noyabr 2019, 12:35 Dünənki qəzalarda 4 nəfər ölüb 15 Noyabr 2019, 12:27