Modern.az

Bağdadinin 10-dan çox qohumu Türkiyədə saxlanılır

Bağdadinin 10-dan çox qohumu Türkiyədə saxlanılır

7 Noyabr 2019, 13:25

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İŞİD-in sabiq lideri Əbu Bəkr əl-Bağdadinin ələ keçən qohumlarının sayını açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan onların sayının”ikirəqəmli” olduğunu diqqətə çatdırıb.

O, terrorçunun yaxın çevrəsinin Türkiyəni hədəf aldığını da diqqətə çatdırıb.

 

“Sonuncu olaraq Suriyanın Aazaz şəhərində onun bacısının ərini və onların qızını saxlayaraq, miqrasiya düşərgəsinə göndərmişik. Əl-Bağdadinin ələ keçən qohumlarının sayı “ikirəqəmli”dir. Onun arvadı da 1-1,5 ildir ki. bizim əlimizdədir. Onunla bağlı da məhkəmə prosesi gedəcək”- deyə Ərdoğan dəqiqləşdirib.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir