Modern.az

Prezidentin vətəndaş müraciətlərinə münasibəti məmurlara örnəkdir - Naqif Həmzəyev

Prezidentin vətəndaş müraciətlərinə münasibəti məmurlara örnəkdir - Naqif Həmzəyev

7 Noyabr 2019, 15:02

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin inkişafına, xalqın güzəranının yaxşılaşmasına, cəmiyyətdə demokratik dəyərlərin daha da güclənməsinə hədəflənib. Xalqın və dövlətin maraqlarının, milli mənafelərin ön plana çəkilməsi bütün sahələrdə böyük nailiyyətlərin əldə edilməsinə zəmin yaradıb. Bu tərəqqinin geniş vüsət almasında məmur-vətəndaş münasibətlərinin də xüsusi rolu var.

 

Modern.az xəbər verir ki, bu fikirləri millət vəkili Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, bunun üçün Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemi daim təkmilləşdirilir, düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılır. 

 

Təəssüflər olsun ki, bəzən qazanılan uğurlara kölgə salan məmur özbaşınalıqları, korrupsiya, rüşvətxorluq kimi neqativ hallarla rastlaşırıq. Ölkə rəhbərinin gördüyü saysız-hesabsız uğurlu işlərin, dövlətə və millətə fədakar xidmətinin fonunda bəzi məmurların yol verdiyi ciddi nöqsanlar vətəndaşlarda süni narazılıq yaradır. Ölkə Prezidenti dəfələrlə bildirib ki, məmurların, vəzifə sahiblərinin, hakimiyyəti təmsil edən insanların əsas vəzifəsi xalqın qulluğunda durmaq, onların yaxşı yaşaması üçün öz töhfələrini uğurla yerinə yetirməkdən ibarətdir. 

 

Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik”. Prezident İlham Əliyevin Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən söylədiyi bu sözlər məmurlara mesaj idi. 

 

Ölkə Başçısı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən yenidən diqqəti korrupsiya, rüşvətxorluq hallarına çəkib: Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər. 

 

Azərbaycanın inkişafı, gücləndirilməsi, xalqın rifahının yüksəldilməsi üçün əlindən gələni əsirgəməyən dövlət Başçısının vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnək olmalıdır. Haqlı olaraq, Prezident İlham Əliyev dövlət orqanlarından və bu orqanlarda çalışan hər bir vəzifəli şəxsdən ciddi şəkildə tələb edir: “Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi