Arxiv
8 Noyabr 2019, 20:16 | AKTUAL
Rusiya XİN Azərbaycanın notasına cavab verdi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfər etməsi haqda Azərbaycanın etiraz notası ilə bağlı bəyanat yayıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda bildirilib ki, adı çəkilən şəxslərin səfərləri həyata keçirilsə belə, istisnasız olaraq şəxsi xarakter daşıyıb.

“Bu mənada bu səfər Rusiya qanunvericiliyinə, mövcud beynəlxalq razılaşmalara, nə də ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik missiyasına zidd deyil. Rusiya Federasiyasının rəsmi şəxsləri ilə heç bir görüş keçirilməyib. O ki, qaldı Mailyan və Ovannisyanın rusiyalı ekspertlərlə “Artsaxın Rusiyadakı daimi nümayəndəliyi”ndə hansısa təmaslarına, bir daha qeyd edirik ki, belə "nümayəndəlik” Rusiya federasiyasının dövlət orqanlarında suveren dövlətin diplomatik missiyası qismində qeydiyyatdan keçməyib. Ona görə ki, ölkəmiz “Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə bəyanata qeyd olunub.

Bəyanatda Rusiya tərəfinə olan etirazların əsasının olmadığı, ümumi tonun isə Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsinə uyğun olmadığı vurğulanıb.

Qeyd olunub ki, “Öz tərəfimizdən bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ATƏT-in Minsk qrupunun həmsədrliyinin tərkibində olduğu kimi, həm də Azərbaycan və Ermənistanla münasibətlərimiz nəzərə alınmaqla milli baxımdan yardım edəcəyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47 Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11 İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb 28 May 2020, 17:51 Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram” 28 May 2020, 17:36 Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu 28 May 2020, 17:12 Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı? 28 May 2020, 16:56 İtaliya mafiyasına növbəti zərbə vuruldu 28 May 2020, 16:53 Gürcüstanlı deputat Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 16:48 Polad Bülbüloğlu: "Münaqişənin həllində həmsədr ölkələrdən dəstək gözləyirik" 28 May 2020, 16:46 İmamoğludan Azərbaycana TƏBRİK: “Ürəklərimiz hər zaman birlikdə atacaq” 28 May 2020, 16:28 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır 28 May 2020, 16:23 İran XİN Azərbaycan xalqını təbrik edib 28 May 2020, 16:08 Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb 28 May 2020, 15:55 "Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib 28 May 2020, 15:43 Müstəqilliyin RİTMİ 28 May 2020, 15:41 Siyasi partiyaların qurultay hazırlığı – “Karantin bitən kimi...” - SORĞU 28 May 2020, 15:36 Xüsusi Dövlət Mühafizə Xidmətinin “əməkdaşı” İFŞA OLUNDU 28 May 2020, 15:20 Deputat: “Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanı indiki kimi görmək istəyirdilər 28 May 2020, 15:13 Tarixdə iz qoyanlar: Cümhuriyyətin maarifpərvər xanımı Eynülhəyat Yusifbəyli 28 May 2020, 15:06 Pakistanın baş naziri İlham Əliyevi təbrik edib 28 May 2020, 14:44 Azərbaycan Xalq Cümhuriyyətinin 6 düşməni – FOTO 28 May 2020, 14:35 Əmanət amanatı 28 May 2020, 14:33 İranda daha 2 258 nәfәr koronavirusa yoluxub 28 May 2020, 14:21 Cümhuriyyət Hökuməti xalqımızın tarixində böyük iz buraxıb - Deputat 28 May 2020, 14:20 Gəncədə tanışını öldürən keçmiş məhkum saxlanıldı 28 May 2020, 14:10 Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq tarixi – Deputat yazısı 28 May 2020, 13:51 Həftəsonu güclü külək əsəcək – XƏBƏRDARLIQ 28 May 2020, 13:40 Prezident və birinci xanım AÇILIŞDA 28 May 2020, 13:31 Koronavirus insandan bu heyvanlara keçə bilər 28 May 2020, 13:15 Sabah 37 dərəcə isti olacaq 28 May 2020, 12:56 Türkiyəli nazir Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib 28 May 2020, 12:40 Bakı və Sumqayıtda it döyüşlərini təşkil edənlər SAXLANILDI 28 May 2020, 12:29 “Ramili qınamaq yox, onunla fəxr etmək lazımdır” – Millət vəkili Cavanşir Feyziyevlə MÜSAHİBƏ 28 May 2020, 12:20