Modern.az

Rusiya Ebola əleyhinə peyvənd istehsalına başladı

Rusiya Ebola əleyhinə peyvənd istehsalına başladı

12 Noyabr 2019, 21:31

Rusiyada Ebola virusuna qarşı peyvənd istehsalına start verilib.

Modern.az  "Trend"ə istinadən xəbər verir ki, istehsal prosesini Novosibirsk vilayətində Rusiyanın Baş naziri Dmitri Medvedev işə salıb.

İstehsal olunan peyvəndlər hazırda Ebola virusunun yayıldığı Konqo Demokratik Respublikasına göndəriləcək.

Qeyd edək ki, bu ölkədə Ebola virusu 2018-ci ilin iyulunda qeydə alınıb. Bu günədək 3228 nəfər bu xəstəliyə yoluxub, 2157 nəfər vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir