Arxiv
13 Noyabr 2019, 13:35 | ÖLKƏ
Zahid Orucdan hökumətə ÇAĞIRIŞ:  Deputat bəzi məmurları “ZƏLİ” adlandırdı

“Biz son iki ildə iki yeni Baş nazirin iştirakı ilə yeni büdcə layihəsini müzakirə edirik. Heç şübhəsiz ki, burada bir məna var”.



Modern.az xəbər verir ki, bunu deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.



“Cənab Prezident ötən 10 illər ərzində Azərbaycanın əldə etdiyi uğurlarla yanaşı, qarşıya yeni çağırışlar  qoyub. Ciddi mənada hökumətdə dəyişikliklərə gedilib. Nazirlər Kabinetinin yeni tərkibindən cənab Prezidentin son 1 ayda qabarıq şəkildə irəli sürdüyü çağırışlarla daha artıq məşğul olmasını gözləyirik”,-deyə Z.Oruc əlavə edib.



Z.Oruc vurğulayıb ki, islahatlar dərinləşdikcə, struktur və institusional xarakter daşıdıqca, daha çox vətəndaş bu prosesi müdafiə edir, fəal iştirak edir.



Deputat qeyd edib ki, hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır.



“Prezidentin qərarı ilə vəzifəsindən çıxarılan şəxslərin fəaliyyətlərinə, nöqsanlarına və bir sıra hallarda cinayətlərinə yol vermək, təkrarlamaq olmaz. Hökumətdən ən başlıca tələb bundan ibarətdir. Cənab prezident yeni elitanı formalaşdırır. Bu həm də hökumət və dövlət strukturklarını əhatə etməkdədir. Yeni elitanın formalaşmasına hamı öz töhfəsini verməlidir. Düşünürəm ki, ölkə başçsıının irəli sürdüyü tələblərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır. 

Prezident istəyir ki, korrupsiya aradan qaldırılsın. Amma məmurlar bir sıra hallarda sahibkarların biznesinə çökürlər, onları ələ keçirirlər. Dövlət başçısının öz ifadəsi ilə söyləsək, insanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər. Özləri üçün üstün iqtisadi şərait yaradırlar. Prezident belələrini zəlilər adlandırdı. Biz də bu zəliləri bir sıra hallarda görürük. Ona görə bu məsələlərə qarşı daha ciddi addımlar atılmalıdır”.

 Z.Oruc, həmçinin əlavə edib ki, dünyada kiçik və orta sahibkarlıq 50-60 faiz üzərindədir, amma Azərbaycanda bu rəqəm aşağıdır:



"Halbuki, prosesin dərinləşməsi üçün ölkədə böyük imkanlar var. Məmur biznesi Azərbaycanın keçmiş həyatında olub. Bu artıq bir miras kimi ölkənin ümumi həyatından sıradan çıxmaqdadır. Çünki məmur biznesi özünü doğrultmadı. Bu işlə məşğul olanlar ölkə iqtisadiyyatında iştirak etmirlər. 

Bu baxımdan, əsl biznes mühiti yaradılmalı, orta və kiçik biznesinin iqtisadiyyatda çəkisi artırılmalıdır. 

Bu gün ölkədə əmək bazarına daxil olanların 60 faizinin texniki peşə və ali təhsili yoxdur. Əmək bazarımızın durumu bundan ibarətdir. Çalışmalıyıq ki, hər il həm texniki peşə, həm də ali təhsilli şəxslərin sayını artıraq. Bununla da əmək bazarındakı vəziyyəti dəyişmək mümkün olacaq. İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən gün səsləndirdiyi səhmdar cəmiyyət və yeni koorparativ idarətmə mədəniyyətindən danışdı. Bu, çox vacib məsələdir. Çünki Azərbaycanda səhm bazarı formalaşmayıb. Kimsə qiymətli kağızlar bazarından dividendlər və vəsaitlər qazanmır. Nə qədər ki, bu aktiv işə düşməyəcək, o zaman yük dövlət və hökumətin üzərində qalacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda orta məktəbdə bıçaqlanma  7 Dekabr 2019, 00:48 “Ermənilər Bakıda” videosunu çəkənlər danışdı - VİDEO 7 Dekabr 2019, 00:33 İraqda nümayişçilər güllələndi 7 Dekabr 2019, 00:14 Bakıda "Gelandewagen" üç maşını əzdi 6 Dekabr 2019, 23:48 Yaşayış binasında partlayış: 5 nəfər öldü 6 Dekabr 2019, 23:29 Yevda Abramovun ölümündən öncə dediyi söz - VİDEO 6 Dekabr 2019, 23:15 “Qalmasını istəyirik” – Qurbanov dəyişikliklərdən danışdı 6 Dekabr 2019, 22:56 Azərbaycan neftinin qiyməti dəyişdi 6 Dekabr 2019, 22:43 Ürəyi altı saat dayanan qadın xilas edildi 6 Dekabr 2019, 22:27 Bakıda bu işçilərin maaşları artıb 6 Dekabr 2019, 22:13 Türkiyədə əhali küçələrə axışdı 6 Dekabr 2019, 21:56 Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü 6 Dekabr 2019, 21:39 ABŞ-da hərbi bazada atışma: 4 ölü 6 Dekabr 2019, 21:24 Qızılcadan ölənlərin sayı 140 minə çatdı 6 Dekabr 2019, 21:10 “Qarabağ” xal itirdi 6 Dekabr 2019, 20:51 F-35-ləri ala bilməsək... 6 Dekabr 2019, 20:37 Deputat Yevda Abramov vəfat etdi 6 Dekabr 2019, 20:24 Azərbaycanla  Gürcüstan arasında humanitar əməkdaşlıq  müzakirə olundu 6 Dekabr 2019, 20:17 Dünyada  ilin ən yaxşı hava limanı 6 Dekabr 2019, 20:03 Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?