Arxiv
15 Noyabr 2019, 10:43 | AKTUAL
Bakıdan dünyaya səslənən mesajlar

Elman Babayev


Bakı növbəti dəfə mühüm bir tədbirə - Dünya dini liderlərinin II Sammitinə ev sahibliyi etdi. Dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərlərinin bu tədbirə qatılması heç də sadə məsələ deyil.

O baxımdan ki, hazırda dünyada vəhabilik, sələfilik, cəfərilik, nurçuluq daha hansı məzhəbçilik adı altında tüğyan edən təhlükəli “epidemiya”ların hökm sürdüyü bir vaxtda dini təbliğatın doğru istiqamətdə aparılması, dünyanın fərqli din daşıyıcıları olan liderlərini bir araya gətirmək hər ölkəyə nəsib olmur.

 

Nəzərə almaq lazımdır ki, Azərbaycanda 70 il sərt sovet quruluşu mövcud olub. Bu sistemin cəmiyyətə sırıdığı elmi ateizm təliminin özü də imperiyanın divarları çat aldığı gündən ciddi fiaskoya uğradı. Bunun yerinə panteist fikirlərin təbliğı, eyni zamanda gerçək dini əqidəmizin formalaşdırılması üçün optimal şərait yarandı. Digər tərəfdən, yenidən müstəqillik əldə edən Azərbaycanın atributlarında islamçılıq öz rəngi, dəyəri ilə simvolizə olunmağa başladı.

 

Müstəqilliyin ilk illərində yaranan özbaşınalığın, anarxiyanın qarşısını almaq üçün xalqın tələbi ilə hakimiyyətə gələn o vaxtkı prezident Heydər Əliyevin bu baxımdan da xidmətləri olduqca böyükdür. Heydər Əliyev təkcə sabitliyi bərqərar edib, güclü dövlət qurmadı, dövlət-din münasibətlərinin formalaşmasının da möhkəm əsaslarını yaratdı. 

Sonrakı dönəmdə bu baza Prezident İlham Əliyevə imkan verdi ki, onun rəhbərliyi ilə Azərbaycan bu istiqamətdə daha geniş  müstəvidə işlərə başlasın. Ölkəmizə xas dəyərlər dünyaya “ixrac” olunsun, dövlətimiz qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təşəkkülünə töhfələr versin. Məhz prezidentin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunan beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I və II Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsində, qarşılıqlı etimad mühitinin yaradılmasında oynadığı mühüm rol danılmazdır. Bundan başqa, Azərbaycan I Avropa və IV İslam Həmrəyliyi oyunlarını  keçirməklə daha bir nümunə yaradıb. İlham Əliyevin də vurğuladığı kimi, cəmi iki il ərzində bir ölkədə, bir şəhərdə İslam ölkələrinin və Avropa ölkələrinin idmançıları yarışıb və eyni zamanda, dostluq əlaqələri yaradıblar. Hər iki idman yarışında 100-dən çox ölkə təmsil olunub, minlərlə idmançı, məşqçi, qonaq iştirak edib və əlbəttə ki, bu oyunların dinlərarası, mədəniyyətlərarası dialoqun təşviqində böyük rolu var.


Beləliklə, bu gün Azərbaycan bütün dinlərə, həmin dinlərdən olan vətəndaşlara tolerant münasibətini qoruyub saxlayır. Eyni zamanda, ölkəmiz dünyada bu məsələdə nümunə rolunu oynamaqda, tolerantlıq mərkəzi kimi fəaliyyətini genişləndirməkdədir. Azərbaycan o ölkədir ki, olduqca mürəkkəb məkanda yerləşməsinə, Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmasına, torpaqlarının 20 faizi işğal altında olmasına baxmayaraq, burada bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Bu istiqamətdə olan ictimai ab-hava qibtə doğuracaq müstəvidədir. Dini, etnik, məzhəb zəminində bir çox xoşagəlməz halların baş verməsi, psevdodini şüarlar altında cinayətlərin baş verməsi Azərbaycan üçün yaddır.

 

Və danılmaz faktdır ki, ölkəmiz daha geniş müstəvidə dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə dəyər qatmaqdadır. Bakıdan səslənən mesajlar- ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etmək bütün bəşəriyyət üçün ən aktual məsələlərdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmən ordusuna layiqli cavab verildi 14 İyul 2020, 11:53 Nazirlik Bakı ilə yanaşı digər şəhər və rayonlarda da nöqsanlar aşkarladı 14 İyul 2020, 11:47 Qubada futbol oynayanlar cərimələndi 14 İyul 2020, 11:41 Son 30 ildə azərbaycanlılarla ermənilərin say nisbəti necə dəyişib? - STATİSTİKA 14 İyul 2020, 11:35 Baş redaktor “Marja”nın fəaliyyətini DAYANDIRDI 14 İyul 2020, 11:31 Tovuzdan atəş səsləri altında reportaj... - VİDEO 14 İyul 2020, 11:25 Azərbaycanda bu mağazalarda qanunsuzluqlar aşkar edildi - SİYAHI  14 İyul 2020, 11:20 Eyvandan yıxılan 2 yaşlı uşaq öldü 14 İyul 2020, 11:15 Prezidentin köməkçisi vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ 14 İyul 2020, 11:12 UNEC-də konfrans: “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya”   14 İyul 2020, 11:09 Karantin postlarından 385 maşın geri qaytarıldı   14 İyul 2020, 11:04 Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı ARTDI 14 İyul 2020, 11:01 Ermənistan niyə məhz indi hərbi təxribata əl atır? - Azay Quliyevdən açıqlama 14 İyul 2020, 10:59 Cəbhə bölgəsinin deputatı Tovuzdan son XƏBƏRLƏR VERDİ: “Belə atışmada...” 14 İyul 2020, 10:51 İcazəsiz rayona gedənlərdən heroin tapıldı - FOTO 14 İyul 2020, 10:48 Deputat: “Sərhəddəki təxribat Paşinyanın hakimiyyətini xilas etməyəcək”   14 İyul 2020, 10:43 İlin sonuna 102 məktəb binası tikiləcək 14 İyul 2020, 10:40 DİM karantindən sonrakı buraxılış-qəbul imtahanları ilə bağlı məlumat YAYDI 14 İyul 2020, 10:35 Ermənilər Tovuzun daha bir kəndini top atəşinə tutdu 14 İyul 2020, 10:30 Rusiyanın qızıl gəlirləri qaz gəlirlərini üstələdi 14 İyul 2020, 10:24 Azərbaycan nefti bahalaşmaqda davam edir 14 İyul 2020, 10:18 “Semaşko”nun koronavirusa yoluxan həkimi ilə bağlı AÇIQLAMA 14 İyul 2020, 10:12 Hacıqabulda xüsusi karantin rejimi ilə bağlı növbəti reyd keçirilib - FOTO 14 İyul 2020, 10:06 Quba - Xınalıq yolunda hərəkət bərpa olundu 14 İyul 2020, 10:00 Naftalanda ağır qəza: Ölənlər və yaralananlar var   14 İyul 2020, 09:54 Xarici işlər naziri koronavirusa yoluxdu 14 İyul 2020, 09:48 Sabiq prorektorun oğlu hakim qarşısında 14 İyul 2020, 09:42 Qazaxıstanda karantin rejimi uzadıldı 14 İyul 2020, 09:41 Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib 14 İyul 2020, 09:36 Neft yenidən ucuzlaşdı 14 İyul 2020, 09:30 Dollar günə bu məzənnə ilə BAŞLADI    14 İyul 2020, 09:24 Cəbhədə gərginlik - Düşmən daha 5 rayonumuzu qumbaraatanlardan atəşə tutdu  14 İyul 2020, 09:18 Bakıda axtarışda olan qadın tutuldu 14 İyul 2020, 09:12 ABŞ sərhəddəki vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 09:06 Ermənilər Tovuzu yenidən atəşə tutdu 14 İyul 2020, 09:00