Arxiv
15 Noyabr 2019, 16:02 | AKTUAL
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib, dünyada sülh və mədəniyyətlərarası dialoqun rolu barədə fikir mübadiləsi aparılıb.

 

Əbülfəs Qarayev Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü və bu platforma çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına göstərilən dəstəyə görə Ali nümayəndəyə təşəkkürünü bildirib. Nazir həmçinin BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ilin aprel ayında Bakıda keçirilmiş 7-ci Qlobal Forumunun iştirakçıların yaddaşında unudulmaz hadisə kimi qaldığını deyib.

 

Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos bu ilin may ayında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü yada salıb. Görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlığın perspektivlərinin müzakirə edildiyini və bu əməkdaşlıq çərçivəsində çoxsaylı birgə layihələrin həyata keçirildiyini qeyd edib.

 

Nazir Əbülfəs Qarayev öz növbəsində 2020-2025-ci illər üçün Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında birgə əməkdaşlıq proqramının hazırlandığını və bunun əsasında bir çox fəaliyyət və layihələrin həyata keçiriləcəyini bildirib.

 

Migel Anhel Moratinos bu təşəbbüsü dəstəklədiklərini və bununla bağlı konkret sənədlərin hazırlanmalı olduğunu qeyd edib. Ali nümayəndə BMT-nin Baş katibi tərəfindən dünyada dini məkanların qorunması ilə bağlı Sivilizasiyalar Alyansına xüsusi səlahiyyət verildiyini deyib. O, Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin üzvü olduğunu və komitəyə sədrlik etdiyini, bu sahədə təcrübəsini nəzərə alaraq Azərbaycan, Sivilizasiyalar Alyansı və UNESKO-nun bu istiqamətdə birgə əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb.

 

Sonda Əbülfəs Qarayev 2020-ci ildə keçiriləcək VII Bakı Beynəlxalq Humanitar Forumu və 2021-ci ildə gerçəkləşəcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində də BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Valideynləri azyaşlı uşaqlara işgəncə verib - Fotolar 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44 Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18 Elçibəyin nəvəsinin yeni fotosu yayılıb 8 Dekabr 2019, 14:06 "Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub 8 Dekabr 2019, 13:34 Deputat: “Mikayıl Cabbarov əsaslı cavabı ilə erməni təxribatının qarşısını aldı” 8 Dekabr 2019, 13:27 Sabaha gözlənən hava proqnozu açıqlanıb 8 Dekabr 2019, 13:05 “Həzi Aslanov” stansiyası bağlanacaq? Rəsmi cavab 8 Dekabr 2019, 12:58 Cəlilabadda icra nümayəndəsi yol qəzası törətdi: həyat yoldaşı öldü 8 Dekabr 2019, 12:44 Oğlunun öldüyünü zənn edən atanın ürəyi yatdı 8 Dekabr 2019, 11:42 Yevda Abramovun dəfn mərasimi keçirilir 8 Dekabr 2019, 11:35  “Mənim burda yerim hanı?” - Tanınmış şairə haqda dərc olunmayan YAZI 8 Dekabr 2019, 11:11 Restoran mafiyası insanları müflis edir: Xalq şairindən ilginc AÇIQLAMA 8 Dekabr 2019, 11:07 Otel otağında kimsəsiz ölən dahi... 8 Dekabr 2019, 10:53 Ermənilər atəşkəsi 23 dəfə pozublar   8 Dekabr 2019, 10:06 Avtomobilin banından 27 yaşlı qızın meyiti götürülüb 8 Dekabr 2019, 09:33 Hindistanda zavod yandı: 32 can aldı 8 Dekabr 2019, 09:17 Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33 Balıqçı gəmisi qəzaya uğradı 7 Dekabr 2019, 23:16 Millinin oyunlarının başlama vaxtı açıqlandı 7 Dekabr 2019, 22:59 Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı 7 Dekabr 2019, 22:33 Ziya Bünyadovun oğlu dünyasını dəyişdi 7 Dekabr 2019, 22:17
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?