Modern.az

Pentaqonla müqaviləsi Bill Qeytsi yenidən milyarderlər reytinqində birinci etdi

Pentaqonla müqaviləsi Bill Qeytsi yenidən milyarderlər reytinqində birinci etdi

Aktual

16 Noyabr 2019, 13:05

“Microsoft” kompaniyasının qurucusu Bill Qeyts “Amazon” online-reteylerinin rəhbəri Ceff Bezosu qabaqlayaraq ikiillik fasilədən sonra yenidən “Bloomberg Billionaires Index” milyarderlər reytinqinə başçılıq edir.

 

Modern.az xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, Bill Qeytsin reytinqdə ilk yerə çıxmasına “Microsoft” və Pentaqon arasında imzalanan və hərbi qurumun məlumatlarının saxlanılması üçün “bulud” infrastrukturunun qurulmasını nəzərdə tutan 10 milyard dollarlıq müqavilə səbəb olub. “Microsoft” aksiyalarının bahalaşması Bill Qeytsin varidatının artaraq 110 milyard dollara çatması ilə nəticələnib.

 

Qeyd edək ki, bundan öncə Pentaqonla müqavilənin bağlanması üçün əsas namizəd 109 milyard dollarla ikinci pilləyə enən Ceff Bezosun “Amazon” kompaniyası olub. Dünyanın ən varlı insanları reytinqində üçüncü pillədə aktivləri 103 milyard dollar həcmində qiymətləndirilən Fransanın “Louis Vuitton Moët Hennessy” kompaniyasının prezidenti Benua Arno qərarlaşıb.

 

Qeyd edək ki, “Bloomberg Billionaires Index” milyarderlər siyahısı “Bloomberg” agentliyinin hər il yenilənən reytinqidir. O, bir sıra göstəricilərə görə, əsasən də biznesmenlərin sahib olduqları aktivlərin bazar dəyərinə görə varidatlarını qiymətləndirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!