Modern.az

Suriyada terror: 10 ölü

Suriyada terror: 10 ölü

Dünya

16 Noyabr 2019, 23:20

Suriyada terror aktı törədilib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Suriyanın şimalında Əl-Bab rayonunda terror aktı nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

Məlumata görə, avtomobil dayanacaqlarının birində içində partlayıcı maddə quraşdırılmış maşın partlayıb. Partlayış avtomobillərə və yaxınlıqdakı binalara zərər vurub. Ölən və yaralananların sayının artması istisna olunmur.  

Hadisə yerində yerli təhlükəsizlik xidmətlərinin əməkdaşları çalışır.

Partlayışa görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir