Modern.az

İran gizli şəkildə raket istehsalını bərpa edib - KİV

İran gizli şəkildə raket istehsalını bərpa edib - KİV

Dünya

Bu gün, 11:30

İran ABŞ və İsrailin hərbi infrastrukturuna endirdiyi genişmiqyaslı zərbələrə baxmayaraq, yeraltı obyektlərdə ballistik raketlərin istehsalını yenidən başladıb.

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Vaşinqton və Yaxın Şərqdəki mənbələrinə istinadən məlumat yayıb.

Kəşfiyyat məlumatlarına əsasən, Tehran ölkənin cənub-şərqində yerləşən yeraltı Xocir kompleksində həm bərk, həm də maye yanacaqla işləyən raketlərin yığılmasını həyata keçirir.

Zavodlara vurulan zərbələr və tətbiq olunan dəniz blokadası səbəbindən hazırkı istehsal həcmi müharibədən əvvəlki göstəricilərdən aşağıdır. Bununla belə, İranın əlində olan komponentlərin ən azı 200 raketin hazırlanmasına kifayət edə biləcəyi bildirilir.

Nəşrin mənbələri istehsalın minimum səviyyədə bərpasını Tehranla ABŞ Prezidenti Donald Tramp administrasiyası arasında Hörmüz boğazı və münaqişənin dayandırılması ilə bağlı ilkin təmasların başlanması ilə əlaqələndirirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?