İranın İordaniyada yerləşən ABŞ-ın mühüm “Muvaffaq Salti” aviabazasına ballistik raketlərlə zərbəsi nəticəsində bir neçə Amerika hərbi təyyarəsinin zədələndiyi bildirilir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, hücum nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ən azı bir ədəd A-10C “Thunderbolt II” hücum təyyarəsi məhv edilib. Həmçinin təxminən 8 ədəd F-15E “Strike Eagle” qırıcı-bombardmançı təyyarəsinin zərər gördüyü iddia olunur.
Hadisənin sentyabrın 8-də baş verdiyi bildirilir. İddialara görə, hücum ABŞ qüvvələrinin İrana məxsus 5 neft tankerinə zərbə endirməsindən sonra həyata keçirilib. Bundan sonra İran ABŞ-ın İordaniyadakı aviabazasına çoxsaylı ballistik raketlər buraxıb.
Məlumata əsasən, ABŞ-ın hava hücumundan müdafiə qüvvələri ilk 20 İran raketinin qarşısını almaq üçün 60-dan çox raketdən müdafiə sistemi tətbiq edib. Beləliklə, orta hesabla hər bir İran raketinə qarşı təxminən 3 ədəd ələkeçirici raketdən istifadə olunub.
İddialara görə, İranın növbəti hücum dalğası zamanı “Patriot PAC-3” batareyasının raketləri tükənib.