Modern.az

Cəlilabadlı müəllimin ölüm səbəbi AÇIQLANDI

Cəlilabadlı müəllimin ölüm səbəbi AÇIQLANDI

Aktual

18 Noyabr 2019, 14:26

“Maşlıq kənd məktəbində riyaziyyat müəllimi işləyən Zəfər Miriyev evində yatdığı yerdə dünyasını dəyişib. Onun meyiti üzərində hər hansı zorakılıq əlamətləri açkarlanmayıb”.

Bunu Modern.az-a Cəlilabad rayon Maşlıq kənd icra nümayəndəsi Rəzzaq İsbarov bildirib.

1983-cü il təvəllüdlü Zəfər Miriyevin yaşadığı mənzildə ölü tapılmasına münasibət bildirən icra nümayəndəsinin sözlərinə görə, mərhum bir müddət əvvəl qripə tutulubmuş:


“Sadəcə, ürəyində problem yaranıb və dünyasını dəyişib. Həkimlər və polis meyitin üzərində yoxlama aparıblar. Heç bir kənar müdaxilə aşkar olunmayıb”.


Kənd rəsmisi bildirib ki, dünyasını dəyişən şəxs tək yaşayırmış:


“Gənc müəllim olan Zəfər Miriyev əslən Lerikdən idi. Bir dəfə ailəli olub boşanmışdı. Kənddə kirayədə yaşayırdı”. 

Faktla bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu