Modern.az

Ermənistan müxalifəti Paşinyanı devirmək üçün Qarabağda TOPLAŞIR

Ermənistan müxalifəti Paşinyanı devirmək üçün Qarabağda TOPLAŞIR

20 Noyabr 2019, 12:00

Bir neçə gün öncə Ermənistan İctimai Şurasının eks-sədri Vazgen Manukyan tərəfindən yaradılmış “Vernatun” ictimai-siyasi klubu Qarabağda yığıncaq keçirəcək.

 

Modern.az “Jamanak” qəzetinə istinadən xəbər verir ki, dəyirmi masa ətrafına toplaşacaq siyasi opponentlər Qarabağ münaqişəsinin həlli və Ermənistan hakimiyyətinin səriştəsizliyini əsas mövzular seçiblər.

Amma siyasi kluarlarda Qarabağda toplaşacaq Paşinyan əleyhdarlarının qondarma rejimdə 2020-ci ildə keçiriləcək “prezident seçkiləri”nin əsas namizədlərindən biri olan Vitali Balasanyana dəstək verəcəkləri gözlənilir.

“Qarabağ klanı”nın aktiv üzvlərindən sayılan Balasanyan Nikol Paşinyan və onun “Mənim addımım” blokunu kəskin ifadələrlə tənqid edir.

 

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin eks-direktoru David Şahnazaryan, eks-baş nazir Xosrov Arutunyan, “İrs” partiyasının keçmiş sədr müavini Ruben Akopyan, Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan və başqa şəxslər “Vernatun” klubuna üzv olublar.     

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı