Modern.az

Prezident tanınmış jurnalistə fəxri ad verdi

Prezident tanınmış jurnalistə fəxri ad verdi

Media

20 Noyabr 2019, 18:30

Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə fəxri adlar alanlar sırasında bir tanınmış jurnalist də var.

Belə ki, “Xalq qəzeti”nin Sumqayıt şəhəri üzrə bölgə müxbiri Əli Nəcəfxanlı (Əliyev Əli Nəcəfxan oğlu) “Əməkdar jurnalist”fəxri adına layiq görülüb.

Əli Nəcəfxanlı 1957-ci il iyunun 2-də Sumqayıtda dünyaya gəlib. Şəhərdəki 14 nömrəli məktəbi bitirib. Ali təhsil aldıqdan sonra bir sıra yerlərdə çalışıb.  Əli Nəcəfxanlı bir müddət AzTV-də də fəaliyyət göstərib. Hazırda “Xalq qəzeti”nin Sumqayıt şəhəri üzrə bölgə müxbiridir.
Jurnalistlik fəaliyyətilə yanaşı həm də şair-publisist kimi tanınır. Bir neçə şeirlər kitabı çıxıb.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir