Arxiv
21 Noyabr 2019, 21:17 | AKTUAL
Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində  - FOTO

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub.

Modern.az  xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova qarşıladı.

Birinci vitse-prezident Mehriban Əliyeva burada İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış oldu.

Məlumat verildi ki, bu ilin iyun ayında açılan Gimnastika Mərkəzində məşq zalları, məşqçilər və hakimlər üçün otaqlar, multimedia muzeyi, şərhçi otaqları, yeməkxana, press-bar və emalatxanalar var.

Mərkəzdə bədii gimnastikanın tarixində ilk multimedia muzeyi yaradılıb. Muzeyin ekspozisiyasına taç-masa ilə birlikdə 5 LED ekran daxildir. Həmin ekranlar vasitəsilə bədii gimnastikanın tarixi, bu idman növündə fərqlənənlər, Rusiyanın gimnastika məktəbləri haqqında məlumatlar əks olunur.

Sonra əsas arena ilə tanışlıq oldu.

Bildirildi ki, Gimnastika Mərkəzinin yerləşdiyi ərazinin ümumi sahəsi 25,7 min kvadratmetr olmaqla beş mərtəbədən və nadir layihə əsasında informasiya modelləşdirilməsi texnologiyalarının tətbiqi ilə bir yeraltı mərtəbədən ibarətdir. Binanın gimnastika lenti formasında damı Gimnastika Mərkəzinin rəmzinə çevrilib. Bina beynəlxalq səviyyəli yarışlar keçirilməsinin və idmançıların peşəkar hazırlığının bütün tələblərinə cavab verir. Gimnastika Mərkəzi yarış vaxtı 500 idmançı və 4 minədək azarkeş tutumuna malikdir.

Qeyd edək ki, Rusiyada müasir bədii gimnastika Bədii Gimnastika Federasiyasının prezidenti, milli yığmanın baş məşqçisi, idman aləmində nüfuzlu şəxslərdən olan İrina Viner-Usmanovanın rəhbərliyi ilə inkişaf edir. Onun yetirmələri sırasında 6 Olimpiya medalçısı var. Mərkəz üç yaşından başlayaraq uşaqları qəbul edir. Burada, həmçinin rəqs və xoreoqrafiya dərsləri tədris olunur.

İrina Viner-Usmanovanın ölkələrimiz arasında idman və ümumilikdə dostluq əlaqələrinin inkişafında xüsusi rolu var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan və Rusiya arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Viner-Usmanova “Dostluq” ordeni ilə təltif edilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova çay masası arxasında söhbət etdilər.

Birinci vitse-prezident Mehriban Əliyeva İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı.

Sonda Birinci vitse-prezident Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim olundu.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33 Balıqçı gəmisi qəzaya uğradı 7 Dekabr 2019, 23:16 Millinin oyunlarının başlama vaxtı açıqlandı 7 Dekabr 2019, 22:59 Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı 7 Dekabr 2019, 22:33 Ziya Bünyadovun oğlu dünyasını dəyişdi 7 Dekabr 2019, 22:17 Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO 7 Dekabr 2019, 21:55 Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır 7 Dekabr 2019, 21:34 Bakıda qadın meyiti tapıldı 7 Dekabr 2019, 21:07 Azərbaycan həkimlərindən dünyada ilk unikal əməliyyat - FOTO 7 Dekabr 2019, 20:37 Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı 7 Dekabr 2019, 20:19  İranda hərbçi üç polisi güllələdi 7 Dekabr 2019, 20:02 YAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVAB 7 Dekabr 2019, 18:26 Məşhurların əsl adı – onları siz də bilin   7 Dekabr 2019, 18:15 “Deputatın dəfninə İsraildən gələnlər var” – İcma sədri   7 Dekabr 2019, 18:03 Baş nazir Şahin Mustafayevə yeni vəzifə verdi 7 Dekabr 2019, 17:50 Baş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR 7 Dekabr 2019, 17:40 10 ildən sonra yenidən dünya çempionu oldu 7 Dekabr 2019, 17:29 Tanınmış jurnalist Parlament seçkilərində namizəd olacaq 7 Dekabr 2019, 17:20 Bakıda bir mənzili bir neçə adama satan zavod direktoru həbs edilib 7 Dekabr 2019, 17:11 Hazırkı deputatların 27-si mandatdan əlini üzsün! - Astroloqdan PROQNOZ   7 Dekabr 2019, 16:50 "Həmrəy olaq"  Milli İncəsənət Muzeyində  7 Dekabr 2019, 16:19 Həmkarlarının Yevda Abramovla bağlı XATİRƏLƏRİ 7 Dekabr 2019, 16:10 "Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEO 7 Dekabr 2019, 16:01 528 məhkum əfv olundu - FƏRMAN 7 Dekabr 2019, 15:52 Azərbaycan idmançısı Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib 7 Dekabr 2019, 15:43 Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ 7 Dekabr 2019, 15:34 Bakıda avtobus sürücüsü sərnişini döyüb 7 Dekabr 2019, 15:22 Fəzail Ağamalının partiyası da parlament seçkilərinə qatılacaq - FOTO 7 Dekabr 2019, 15:13 Ümid Partiyası parlament seçkilərinə gedir - Qərar   7 Dekabr 2019, 15:04 Müsavat Partiyasından QƏRAR - Seçkidə iştirak edəcəyik 7 Dekabr 2019, 14:45 Növbədənkənar parlament seçkiləri ilə bağlı yeni işçi qrupu YARADILDI 7 Dekabr 2019, 14:36
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?