Daşkəsən rayonunun Zivlən kəndində döyülmə faktı qeydə alınıb.
Modern.az Teleqraf-a istinadən xəbər verir ki, kənd sakini yeniyetmə 14 yaşlı Ömər İsmayılov baş nahiyyəsindən ağır kəllə beyin travması ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Müayinə zamanı onun baş nahiyyəsində iki ağır zərbə və sol qulağında isə açıq yara aşkar edilib. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti orta ağırdı. Yaxınları Ö.İsmayılovun qonşusu, 50 yaşlı Zöhrab İmanov tərəfindən döyüldüyü iddia edirlər.
Məlumata görə, Zöhrab İmanov mübahisə zamanı yeniyetmənin başına armaturla zərbə endirib.
Faktla bağlı araşdırma başlanılıb.