Modern.az

Bakıda motoxuliqan saxlanıldı - VİDEO 

Bakıda motoxuliqan saxlanıldı - VİDEO 

Hadisə

6 İyul 2026, 22:55

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq motoxuliqanlıq edən və həmin görüntüləri sosial şəbəkədə paylaşan motosiklet sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilib.

Modern.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 21 yaşlı Zülfüqar Ağazadə saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Z. Ağazadə inzibati qaydada həbs edilib.

 

 

Sizə yeni x var
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...