Modern.az

Venesuelada zəlzələdə ölənlərin sayı 3500-ü keçdi

Venesuelada zəlzələdə ölənlərin sayı 3500-ü keçdi

Dünya

Bu gün, 00:17

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3 535 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu məlumatı Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) sədri Xorxe Rodriqes öz "Telegram" kanalında açıqlayıb.

O, xilasetmə və yardım göstərilməsi ilə bağlı atılan addımlar barədə də məlumat verib:

"16 740 nəfər yaralanıb, 17 854 nəfər evsiz qalıb, 190 bina tamamilə dağılıb, 856 bina ciddi ziyan görüb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 25 016 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə keçib, 86 794 ailəyə yardım göstərilib, zərərçəkənlərə 9 603 ton ərzaq çatdırılıb".

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV