Modern.az

"Çiçəklənən Ermənistan" Partiyasının lideri saxlanıldı

"Çiçəklənən Ermənistan" Partiyasının lideri saxlanıldı

Dünya

6 İyul 2026, 21:30

Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Yerem Sarkisyan məlumat verib.

Onun sözlərinə görə, müstəntiqlər Tsarukyan üçün məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət etmək niyyətindədirlər.

Tsarukyan və daha bir nəfərin külli miqdarda fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamları ilə saxlanıldıqları bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Tsarukyanın evində axtarış aparılması ilə bağlı xəbər yayılmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia