Modern.az

Nazirlik rəsmisi: “O yolda nəqliyyata icazə verilsə, böyük təhlükə yaranar”

Nazirlik rəsmisi: “O yolda nəqliyyata icazə verilsə, böyük təhlükə yaranar”

25 Noyabr 2019, 11:44

“Bibiyehbət qəsəbəsində baş verən torpaq sürüşməsi səbəbindən yol nəqliyyat vasitələri üçün bağlanıb, ərazidə araşdırmalar aparılır”.

Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.


Ə.Qaralov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi təhlükəsizliyi təmin etmək məqsədilə ərazini nəzarətə götürüb:


“Dövlət rəsmiləri əraziyə baxış keçirdilər. Həmin yol 2010-cu ildə istifadəyə verilib. Amma hələlik yol tam bağlıdır. Nəqliyyat vasitələrinin hərəkətinə icazə verilsə, böyük təhlükə yarana bilər. Bu səbəbdən də əraziyə giriş-çıxış bağlanıb”.


Ə.Qarlovun sözlərinə görə, yenidən baş verə biləcək sürüşmənin qarşısını almaq məqsədilə yol yenidən inşa olunanda qabaqlayıcı tədbirlər görüləcək:


“Sürüşmə 300 metrdən yuxarı olan ərazidə baş verib. Ötən dəfə sizinlə danışanda da qeyd etmişdik ki, dəniz istiqamətində “Gəmiqayırma zavodu”nun yanında olan 20 metrlik hündürlüyü olan istinad divarda keçən ildən qabarma yaranıb. Son günlər atmosfer çökünülərinin intensivliyi səbəbindən torpaq qatı bir az da ağırlaşdı və sürüşmə baş verdi”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir