Arxiv
25 Noyabr 2019, 17:54 | QARABAĞ
Qarabağdakı separatçı rejimin jurnalisti Bakıya gəlməliydimi? - XİN-dən AÇIQLAMA

Xarici İşlər Nazirliyi (XİN) Bakıya gəlib-gedən erməni jurnalistlərin arasında Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin “İctimai Televiziya”sının əməkdaşının olmasına münasibət bildirib. 

 

Modern.az-ın sorğusuna cavab verən XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Dağlıq Qarabağ ərazisi Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədlərinin tərkib hissəsini təşkil edir:

 

"Bildiyiniz kimi, bu ərazidə yaşayan əhali iki icmadan erməni və azərbaycanlı icmalarından ibarətdir. Hazırda müvəqqəti olaraq işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycanın vətəndaşlarıdır və bölgənin erməni icmasını təşkil edirlər. 

 

Ümumilikdə, erməni jurnalistlərinin ölkəmizə səfərinə gəldikdə, fikrimcə, bu səfər Azərbaycan, ölkəmizdə gedən inkişaf prosesləri, rifah, multikultural dəyərlər və s. haqqında qarşı tərəfin yerindəcə məlumat əldə etməsi baxımından önəmli idi".


Xatırladaq ki, 17-21 noyabr tarixlərində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfəri təşkil olunub.
Səfər çərçivəsində azərbaycanlı jurnalistlər Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar.
Erməni jurnalistlər isə Bakı, Gəncə və Qubaya baş çəkiblər.

Qeyd edək ki, Azərbaycandan  Ermənistana gedən jurnalistlər “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Yolçuyevdir. 


Ermənistandakı “Şant” telekanalanın əməkdaşı Artyom Yerekyan, “Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan və Qarabağdakı separatçı rejimin “İctimai TV”sinin əməkdaşı Edqar Elbakyan noyabrın 17-dən 21-dək Bakı, Gəncə və Qubanı gəziblər...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Masazırda "Betonqarışdıran"la "Mercedes" toqquşdu 21 Yanvar 2020, 20:40 Mənzillərin kirayə haqları  aşağı salınmalıdır - İqtisadçıdan TƏKLİF 21 Yanvar 2020, 20:19 Kürdəmirdə mikroavtobus traktora çırpıldı: yaralılar var 21 Yanvar 2020, 20:03 Böyük Britaniya İrandakı səfirini dəyişməyəcək 21 Yanvar 2020, 19:55 Əhali arasında ən çox yayılan xəstəliklərin SİYAHISI 21 Yanvar 2020, 19:42 Azərbaycanda nə qədər həkim var? - RƏQƏM 21 Yanvar 2020, 19:28 Musa Qasımlı kənd sakinləri ilə görüşüb 21 Yanvar 2020, 19:20 Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır 21 Yanvar 2020, 19:17 Prezident Davosda “Signify” şirkətinin baş icraçı direktoru ilə görüş 21 Yanvar 2020, 19:09 Lukaşenko: “Belarus Azərbaycan neftini bazar qiymətləri ilə almağa hazırdır” 21 Yanvar 2020, 19:04 Hadi Rəcəbli gənclərlə görüşüb - FOTO 21 Yanvar 2020, 18:59 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2020, 18:52 Fəzail Ağamalı Surra kəndində seçicilərlə - VİDEO 21 Yanvar 2020, 18:45 Koçaryanın vəkilləri məhkəməni boykot etdilər 21 Yanvar 2020, 18:40 "Real" 30 milyon avroluq transfer həyata keçirib 21 Yanvar 2020, 18:33 Azərbaycanda qızıl və gümüş hasilatı artıb 21 Yanvar 2020, 18:26 Mahir Abbaszadə Abşeron rayonunda seçiciləri ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:20 İqbal Məmmədov kənd ağsaqqalları ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:14 Azərbaycan pasportundan imtina edib Ukrayna vətəndaşlığı alanlar... 21 Yanvar 2020, 18:08 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 21 Yanvar 2020, 18:07 Cavanşir Paşazadə kənd insanları ilə bir araya gəlib - FOTOLAR 21 Yanvar 2020, 18:03 Müəllimlərin işə qəbulunda YENİLİK - VİDEO 21 Yanvar 2020, 17:58 Hacıbala Abutalıbovun müraciət etdiyi astroloq Zirəddin Rzayevə: “Gərək Nərmin məsələsini açmayaydı” 21 Yanvar 2020, 17:52 Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu 21 Yanvar 2020, 17:46 Kamran Bayramov Daşkəsənin kəndlərində görüşlər keçirib - FOTOLAR 21 Yanvar 2020, 17:40 Sarkisyanın kürəkənindən SƏRT SÖZLƏR: “Paşinyan və komandası adam deyil” 21 Yanvar 2020, 17:34 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2020, 17:29 Əhəd Abıyev Quşçu kəndində səyyar qəbul keçirib - FOTO 21 Yanvar 2020, 17:23 Dünyanın 54 ölkəsində yaşayan azərbaycanlı gənclər toplaşacaq 21 Yanvar 2020, 17:17 Rafiq Əliyev Lütfi Zadə ilə birgə yazdığı kitabı oxuculara təqdim edəcək 21 Yanvar 2020, 17:10 Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşdü 21 Yanvar 2020, 17:04 “Bəzi namizədlər hansısa məqsədlərə xidmət edirlər” - Məzahir Pənahov 21 Yanvar 2020, 16:58 Ermənistanda “qanuni oğru” adını daşıyanlara avtomatik 10 il iş kəsiləcək 21 Yanvar 2020, 16:52 Gəncə sakinindən “Kalaşnikov” tapıldı 21 Yanvar 2020, 16:46 MSK: “95 nəfər namizədliyini geri götürdü” 21 Yanvar 2020, 16:41
SORĞU Yeni parlamentdə kimlər olsun?