Modern.az

Magistraturaya qəbulun II mərhələsi ləğv olunur? - RƏSMİ

Magistraturaya qəbulun II mərhələsi ləğv olunur? - RƏSMİ

28 Noyabr 2019, 15:55

Son günlər tələbələr arasında magistraturaya qəbul imtahanlarının II mərhələsinin ləğv olunacağına dair məlumatlar yayılıb.

 

Bəzi tələbələrin sözlərinə görə, müəllimlərin əksəriyyəti onları II mərhələ üzrə hazırlaşdırmaqdan imtina ediblər.

 

Modern.az xəbər verir ki, mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, magistraturaya qəbul imtahanlarına dəyişikliklərin edilməsiylə bağlı yeni qaydalar müzakirə olunma mərhələsindədir.

 

Məlumatda qeyd olunur ki, imtahanda yeniliklərin edilməsi istiqamətində müəyyən təkliflər var. Müzakirələr başa çatdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı