Modern.az

“Kadr islahatları yeni dövrün tələbidir, hamının ürəyincədir” - Deputatlar

“Kadr islahatları yeni dövrün tələbidir, hamının ürəyincədir” - Deputatlar

30 Noyabr 2019, 14:59

Prezident İlham Əliyev ötən gün bir sıra kadr dəyişiklikləri həyata keçirib. Belə ki, prezident adminstrasiyanın yeni strukturunu təsdiqləyən ölkə başçısı,öz köməkçilərinin sayını da artırıb.

Son sərəncamlarla bağlı Modern.az Milli Məslis deputatlarının münasibətini öyrənib.

 

Deputat Tahir Kərimli prezidentin etdiyi dəyişikliyiklərin onun gözlədiyindən də cəsarətli addım olduğunu bildirib.

“Çünki bu dəyişikliklər ölçülüb-biçilmiş məsələlərdir, kimlərsə narazı qala bilər, sonradan müəyyən narahatlıq yarada bilər.Ona görə də siyasi partiya kimi, siyasi partiyanın üzvü kimi  bildirirəm ki, prezidentin bu addımlarını yüksək qiymətləndiririk, həmişə arxasındayıq. Prezidentin etdiyi dəyişikləri hərbi dillə desəm, islahatların bütün cəbhə boyu yayılmasının əlaməti kimi hesab edirəm. Yəni qanunverici, icra, məhkəmə hakimiyyətində iddi dəyişikliklər edir.Yəqin ki, bir ay müddətində prezident adminstrasiyasında struktur dəyişikliyi tamamlanacaq. Mən deyərdim ki, prezident dövlət quruculuğunda özünü doğrultmuş şəxsləri yenidən vəzifyə təyin edir. Şəxsən mən yeni təyin edilmiş şəxslər haqqqında yüksək fikirdəyəm. O mənada ki, uzun illər dövlət quruculuğunda, regionların inkişafında Zeynal Nağdəliyevin xidmətləri böyük idi. Onun bu vəzifədə saxlanılması mühüm və mənim arzuladığım məsələdir. Eyni zamanda Fuad Ələsgərov hüquq-mühafizə orqanlarında və başqa sahələrdə ciddi uğurlar əldə edib. Məhərrəm Əliyevə təcrübəli və dövlətə sadiq biri kimi general-polkovnik rütbəsinin verilməsi təqdirə layiqdir. Mən Əli Həsənova da uğrurlar arzulayıram. O öz səhhəti ilə bağlı müraciət edib, elmi fəaliyyətini davam etdirəcək. O da daim dövlətə öz sədaqətini nümayiş etdirən, həlim bir insan idi. Şübhəsiz ki, bizi siyasi partiya kimi maraqlandıran cəhətlərdən biri siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə Ədalət Vəliyevin gətirilməsidir. Ədalət müəllimi mən uzun illərdir ki, müşahidə etmişəm, çox ağır təbiət, mədəni bir insandır. Mədəni olması ilə yanaşı həm də çox abırlı simalardan biridir. Açığı deyim ki, bu dəyişikliklər çox xoş gəlir. Şahmar Müslümov Neft Fondunun vəsaitini 42 milyarda qədər çatdırıb və fondun idarəsində böyük rol oynayıb. Anar Ələkbərovun da Heydər Əliyev Fondu ilə birgə operativ işlədiyinin şahidi olmuşuq. Cəmiyyətimiz  də həm parlament həm də prezident adminstrasiyasında dəyişikliklər arzulayırdı. Prezident də addım-addım bu istiqamətdə gedir. Prezidentin etdiyi dəyişikliyiklər mən gözlədiyimdən də cəsarətli addım idi”.

 

Deputat Məlahət İbrahimqızı keçirilən islahatların nəticəsinin həm dövlətimizin möhkəmlənməsinə, həm də xalqımızın rifahına və mənafeyinə xidmət edəcəyini vurğulayıb.

“Bütün ictimaiyyət prezidentin bu il bütün sahələri, sosial-iqtisadi, məhkəmə-hüquq sahəsində, eyni zamanda siyasi islahatlarını yüksək qiymətləndirir. Kadr islahatları da daxil olmaqla bütün bu baş verənlər cəmiyyətin ən arzuladığı məsələlərdən biri idi. Prezident 2003-cü ildən etibarən davamlı olaraq islahatlar aparıb. Lakin 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra innoqrafiyada və keçiridiyi böyük görüşlərdə demişdi ki, ölkəmizdə ciddi və hərtərəfli islahatlara start veriləcək. Bu ilin əvvəlindən də biz bunun şahidi oluruq. Kadr islahatlarını bütünlüklə hamının ürəyincədir, hər kəs bunu dəstəkləyir. Əminik ki, bu keçirilən islahatların nəticəsi həm dövlətimizin möhkəmlənməsinə həm də xalqımızın rifahına və mənafeyinə xidmət edəcək”.

 

Deputat Fazil Mustafa 10,15, 30 il bir vəzifəni tutub getmək ənənəsinin dəyişməli olduğunu bildirib.

“İslahatlar hərtərəfli həyata keçirilir və kadr sistemində dəyişiklik müşahidə edirik. Bütün bu dəyişiklikləri müsbət dəyərləndirirəm. İnsanlar bu cür rotasiya formasına yeni simaların vəzifəyə gəlməsinə normal yanaşımalıdır. 10,15,30 il bir vəzifəni tutub getmək ənənəsi dəyişməlidir. Başqa insanlara da şərait yaradılmalıdır ki, sınaq prosesini keçsinlər. Yeni dövrün tələblərinə uyğun dəyiçikliklər edilir və hesab edirəm ki, bu cəmiyyətə faydalı olacaq. Çünki təyin olunan kadrlar kifayət qədər təcürbəlidir. Məsələn, Ədalət Vəliyev, Anar Ələkbərov, Kərəm Həsənov, Şahlar Mövsümov, Məhərrəm Əliyev diplomatik fəaliyyəti olan kifayət qədər bacarıqlı kadrlardır”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir